Rubas çayı (Rubasçay) — Dağıstanın Tabasaran və Dərbənd rayonları ərazisindən axan çay. Uzunluğu — 92 kmРесурсы поверхностных вод СССР том 9, Закавказье и Дагестан, вып. 3, Дагестан-dir. Su toplayıcı hövzəsinin sahasəsi — 1180 km² təşkil edir.

Coğrafiyası Dağıstanın silsilələrinin şimal-şərqində, Cufu-Dağ zirvəsindən 3,4 km cənub-şərq ətəklərində yerləşən bulaqlardan başlanğıcını götürərək Xəzər dənizinə tökülür (Ərəblər kəndi).

Hidrologiya İlin isti və soyuq dönəmlərində suyunda azalma müşahidə edilir. Su sərfiyyatı yağışlı dövrdə artır. Yay yağışları katastrofik nəticələrə sahib olur. Orta illik su sərfiyyatı — 1,01 m³/s, maksimal isə — 59,3 m³/s təşkil edir.

Qolları Ən iri qolları: Afnaçay, Xanaqçay, Karçaq-su, Qamışçay. Aşağı axarda çayın suyu Samur-Dərbənd kanalı ilə birləşir.

Araşdırılma və əhəmiyyəti Çayın araşdırılması Xuçni və Rubas (Xoşmənzil) hidroloji məntəqələrində həyata keçirilir. Rubas kəndindən 3 km yuxarıdan Kuybişev kanalı başlayır.

İstinadlar

Kateqoriya:Dağıstan çayları Kateqoriya:Xəzər dənizinə tökülən çaylar