Nyu-York () qısa adı ilə NYC — Nyu-York ştatında yerləşən Amerika Birləşmiş Ştatlarının əhalisinin sayına görə ən böyük şəhəri. Şəhərin ərazisi 778,2 km², əhalisi isə 2020-ci ilin siyahıyaalması ilə 8.804.190 nəfərdir. Nyu-York ştatının cənubunda yerləşən şəhər Nyu-York aqlomerasiya regionunun mərkəzidir, həmçinin ərazisinə görə dünyanın ən böyük aqlomerasiya regionudur. 2020-ci ilin statistikasına əsasən şəhər 20 milyondan çox əhali ilə həm də dünyanın ən sıx məskunlaşılan meqapolislərindən biridir. Nyu-York dünyanın mədəni, maliyyə və media mərkəzi kimi təsvir edilmişdir və ticarət, əyləncə, tədqiqat, texnologiya, təhsil, siyasət, turizm, yemək, incəsənət, dəb və idman sahələrində yer alır. Dünyanın ən çox fotoşəkil çəkilən şəhəridir. Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahının yerləşdiyi Nyu-York beynəlxalq diplomatiya mərkəzlərindən biri və qlobal investorlar üçün etibarlı sığınacaqdır. Ashkan Zandieh. Accessed iyun 1, 2022. Nyu-York bəzən dünyanın paytaxtı kimi təsvir edilir.
Dünyanın ən böyük limanlarından birində yerləşən və sahəsinin 36,4%-i su ilə əhatələnmiş Nyu-York şəhəri beş borodan ibarətdir. Bu beş boro — Bruklin (Kinqs dairəsi), Kuins (Kuins dairəsi), Manhetten (Nyu-York qraflığı), Bronks (Bronks dairəsi) və Staten-Aylend (Riçmond dairəsi) 1898-ci ildə vahid bir şəhərə birləşdirilmişdir. Şəhər ABŞ-yə immiqrantlar üçün giriş qapısıdır. Nyu-Yorkda 800-ə qədər müxtəlif dildə danışılır ki, bu da onu dünyanın linqvistlik cəhətdən ən müxtəlif şəhəri edir. Nyu-Yorkda ABŞ-dən kənarda doğulmuş 3,2 milyondan çox sakin yaşayır. Buna əsasən 2016-cı ildə şəhər dünayda ən çox əcnəbi yaşayan şəhər qəbul edilmişdir. 2018-ci ilə qədər Nyu-York aqlomerasiya regionunun təxminən 1,8 trilyon ABŞ dollarlıq ümumi aqlomerasiya məhsulu (GMP) istehsal etidyi təxmin edilir və bu, ABŞ-də birinci yerdədir. Nyu-York aqlomerasiya regionu suveren dövlət olsaydı, dünyanın səkkizinci ən böyük iqtisadiyyatına sahib olardı. Şəhər dünyada ən çox milyarderin yaşadığı yerdir.
Nyu-Yorkun izləri 1624-cü ildə Yeddi Birləşmiş Əyalət Respublikasından olan kolonistlər tərəfindən Aşağı Manhettendə qurulan ticarət məntəqəsinə qədər gedib çıxır. Məntəqə 1626-cı ildə Yeni Amsterdam () olaraq adlandırılmış və 1653-cü ildə şəhər statusu almışdır. Şəhər 1664-cü ildə ingilislərin nəzarətinə keçdi və İngiltərə kralı II Karl buranı qardaşı York hersoqu II Ceymsə verdikdən sonra Nyu-York adlandırıldı. Nyu-York 1673-cü ildə hollandlar tərəfindən geri alındı və bir il üç ay müddətində Nyu-Orenc adlandırıldı; 1674-cü ilin noyabrından bəri Nyu-York olaraq adlandırılır. Şəhər 1785-ci ildən 1790-cı ilə qədər ABŞ-nin paytaxtı olub, 1790-cı ildən bəri isə ABŞ-nin ən böyük şəhəri statusunu qoruyur. XXI əsrdə Nyu-York qlobal yaradıcılıq, sahibkarlıq və ekoloji davamlılıq qovşağı və azadlıq və mədəni müxtəlifliyin simvoludur. Nyu-York 2019-cu ildə dünyanın 48 şəhərindən olan 30.000-dən çox insan arasında aparılan sorğu nəticəsi ilə dünyanın ən böyük şəhəri seçildi.
Nyu-Yorku 2019-cu ildə rekord sayda — 66,6 milyon turist ziyarət etmişdi. Tayms-skver dünya əyləncə sənayesinin əsas mərkəzidir. Şəhərin bir çox görməli yerləri, göydələnləri və parkları bütün dünyada tanınır. Empayr Steyt Bildinq hündürlüyünə görə digər tikililərdən fərqlənir.Multiple sources:
Manhettenin daşınmaz əmlak bazarı dünyanın ən bahalı bazarlarından biridir. Davamlı — 7/24 xidmət göstərən Nyu-York metropoliteni 472 dəmiryol stansiyası ilə dünyanın ən böyük metropolitenidir. Şəhərdə 120-dən çox kollec və universitet, o cümlədən Kolumbiya Universiteti, Nyu-York Universiteti və Nyu-York Şəhər Universiteti yerləşir. Aşağı Manhettendə "maliyyə bölgəsi" adlanan Uoll-Strit və dünyanın iki ən böyük birjası — Nyu-York Fond Birjası və NASDAQ yerləşir.
Etimologiya Şəhər 1664-cü ildə gələcəkdə York hersoqu olacaq İngiltərə kralı II Ceymsin şərəfinə adlandırılıb.
Tarix
Kolumbaqədərki dövr Müstəmləkəçilikdən əvvəlki dövrdə indiki Nyu-York şəhərinin ərazisində lenapelər də daxil olmaqla alqonkin yerli amerikalılar məskunlaşmışdılar. Lenapehokinq kimi tanınan vətənlərinə Staten-Aylend, Manhetten, Bronks, Lonq-Aylendin qərb hissəsi (sonradan Bruklin və Kuins borolarına çevriləcək ərazilər daxil olmaqla) və Hudzon vadisi daxil idi.
Bir avropalının Nyu-York limanına ilk sənədləşdirilmiş səfəri 1524-cü ildə Fransa krallığında xidmətdə olan florensiyalı tədqiqatçı italyan Covanni da Verrazzano olmuşdur. O, ərazininin Fransaya aid olduğunu iddia etdi və onu "Nouvelle Angoulême" (Yeni Anqoleme) adlandırdı. İmperator V Karlın göstərişi ilə səfərə çıxmış Portuqaliya kapitanı Estevao Qomesin başçılıq etdiyi İspaniya ekspedisiyası 1525-ci ilin yanvarında Nyu-York limanına gəldi və "Rio de San Antonio" ("Müqəddəs Antoni çayı") adlandırdığı Hudzon çayının mənsəbinin xəritəsini tərtib etdi.
1609-cu ildə ingilis kəşfiyyatçısı Henri Hudzon Niderland Ost-Hind şirkəti üçün Şimal-Qərb keçidini axtararkən Nyu-York limanını yenidən kəşf etdi. O, ərazini on gün gəzdi və bölgəninin Niderland Ost-Hind şirkətinə aid olduğunu iddia etdi. 1614-cü ildə Keyp Kod və Delaver körfəzi arasındakı ərazi Niderland tərəfindən iddia edildi və "Nieuw-Nederland" ("Yeni Niderland") adlandırıldı.
Nəhayət yerli olmayan ilk rəsmi vətəndaş olan Yuan Rodrigez Santo-Dominqodan şəhərə gəldi. Portuqal əsilli Rodrigez Santo-Dominqoda anadan olub, 1613–14-cü ilin qışında Manhettenə gəlib və niderlandların nümayəndəsi kimi yerli əhali ilə ticarət edib. Yuxarı Manhettendə Brodveyin 159-cu küçədən 218-ci küçəyə qədərki hissəsi onun şərəfinə "Yuan Rodrigez Vey" adlandırılıb.
Holland hökmranlığı thumb|Yeni Amsterdam 1664-cü ildə ingilislərin nəzarətinə keçdi və "Nyu-York" adlandırıldı. 1625-ci ildə indiki Manhettenin ərazisində sonradan "Nieuw Amsterdam" (Yeni Amsterdam) adlandırılan daxili qalanın və Fort Amsterdamın tikintisinə başlandı.Dutch Colonies , National Park Service. Retrieved may 19, 2007. "Sponsored by the West India Company, 30 families arrived in North America in 1624, establishing a settlement on present-day Manhattan."GovIsland Park-to-Tolerance: through Broad Awareness and Conscious Vigilance , Tolerance Park. Retrieved fevral 9, 2017. See Legislative Resolutions Senate No. 5476 and Assembly No. 2708. Yeni Amsterdam koloniyası sonradan Aşağı Manhetten kimi tanınan ərazidə yerləşirdi. Koloniya Manhettenin cənub ucundan müasir Uoll-Stritə qədər uzanırdı, burada 1653-cü ildə yerli Amerikan və Britaniya basqınlarından qorunmaq üçün 12 futluq taxta şarampole tikilmişdi. 1626-cı ildə holland general Peter Minuit Manhetten adasını kiçik Lenape qrupu olan "Cenarsie"dən "60 quldenə" satın aldı (2018-ci ildə təxminən 900 ABŞ dolları edir). Təkzib edilmiş bir əfsanədə Manhettenin 24 dollar dəyərində şüşə muncuqlara alındığını iddia edilir.
Satın alındıqdan sonra Yeni Amsterdam yavaş-yavaş böyüdü. Köçkünləri cəlb etmək üçün Hollandiya 1628-ci ildə himayədarlıq sistemini təsis etdi, bu sistemlə Yeni Hollandiyaya 50 kolonist gətirən varlı hollandlara yerli siyasi muxtariyyət və gəlirli xəz ticarətində iştirak etmək hüququ ilə birlikdə torpaq sahələri veriləcəkdi. Bu proqram çox uğurlu olmadı.
1621-ci ildən Niderland Ost-Hind Şirkəti Hollandiya Məclisi tərəfindən verilən səlahiyyət əsasında Yeni Niderlandda inhisarçı kimi fəaliyyət göstərirdi. 1639–1640-cı illərdə iqtisadi artımı gücləndirmək üçün Niderland Ost-Hind Şirkəti xəz ticarəti üzərindəki inhisarından əl çəkdi, bu da ərzaq, taxta, tütün və qulların artımına və ticarətinin artmasına səbəb oldu.
1647-ci ildə Piter Stuyvesant Yeni Niderlandın son Baş direktoru kimi fəaliyyət göstərdi. Onun fəaliyyəti dövründə Yeni Niderlandın əhalisi 2000-dən 8000-ə qədər artdı. O, içki satışı ilə bağlı qadağalar qoydu, Hollandiya Reformasiya Kilsəsi üzərində nəzarəti ələ keçirməyə cəhd etdi və digər dini qrupların (kvakerlər, yəhudilər və lüteranlar da daxil olmaqla) ibadət evləri yaratmasına mane oldu. Niderland Ost-Hind Şirkəti nəyahət Stuyvesant və Yeni Amsterdam əhalisi arasındakı gərginliyi azaltmağa başladı.
İngilis hökmranlığı alt=A painting of a ship firing its cannons in a harbor.|left|thumb|Krallıq donanması indiki Nyu-York limanı ərazisini müdafiə edir. 1664-cü ildə heç bir əhəmiyyətli müqavimət göstərə bilməyən Stuyvesant Yeni Amsterdamı qan tökmədən polkovnik Riçard Nikolsun başçılıq etdiyi ingilis qoşunlarına təslim etdi. Təslim olma şərtləri ilə Hollandiya sakinlərinə müstəmləkədə qalmağa və dini azadlıqlara icazə verildi. 1667-ci ildə, İkinci ingilis-holland müharibəsindən sonra Breda müqaviləsinə aparan danışıqlar zamanı hollandlar ingilislərdən əldə etdikləri indiki Surinamın (Cənubi Amerikanın şimal sahilində) yeni yaranmış plantasiya koloniyasını saxlamaq qərarına gəldilər və bunun müqabilində ingilislər Yeni Amsterdamı öz əllərində saxladılar. Bu qəsəbə York hersoqu II Ceymsin şərəfinə "Nyu-York" adlandırıldı. Hudzon çayının 240 km şimalında yerləşən Fort-Orenc Ceymsin Şotlandiya titulundan sonra Albani adlandırıldı. Köçürmə 1667-ci ildə II ingilis-holland müharibəsini başa çatdıran Breda müqaviləsi ilə təsdiqləndi.
24 avqust 1673-cü ildə Üçüncü ingilis-holland müharibəsi zamanı holland kapitan Antoni Kolv, Kornelis Evertsenin göstərişi ilə Nyu-York koloniyasını ingilislərdən ələ keçirdi və Orenc şahzadəsi III Vilhelmdən sonra onu "Nyu-Orenc" adlandırdı.
Yerli amerikalılar arasında bir neçə qəbilələrarası müharibə və avropalılarla təmas nəticəsində yaranan bəzi epidemiyalar 1660–1670-ci illər arasında Lenape üçün əhəmiyyətli əhali itkisinə səbəb oldu. 1700-cü ilə qədər Lenape əhalisi 200 nəfərə qədər azaldı."Gotham Center for New York City History" Timeline 1700–1800 Nyu-York XVIII əsrdə bir neçə sarı qızdırma epidemiyası yaşamış və təkcə 1702-ci ildə bu xəstəliyə görə əhalisinin 10%-ni itirmişdi.
Nyu-York əyaləti thumb|220x220px|Kolumbiya Universiteti 1754-cü ildə kral nizamnaməsi ilə Kral Kolleci adı altında təsis edilmişdir. Nyu-York 1700-cü illərin əvvəllərində Nyu-York koloniyasının bir hissəsi olaraq ticarət limanı kimi əhəmiyyətini artırdı. O həm də quldarlıq mərkəzinə çevrildi, 1730-cu ilə qədər ev təsərrüfatlarının 42%-i qul saxlayırdı, bu, indiki Cənubi Karolina ştatının Çarlston şəhəri xaricində ən yüksək faizdir. Quldarlıq Nyu-York iqtisadiyyatının ayrılmaz hissəsinə çevrildi. 1990-cı illərdə Foli meydanı yaxınlığında yeni federal məhkəmə binasının tikintisi zamanı "African Burying Ground"un kəşfi müstəmləkə dövründə on minlərlə afrikalının ərazidə basdırıldığını göstərdi.
1754-cü ildə Kolumbiya Universiteti Aşağı Manhettendə Krall Kolleci kimi kral II Georqun göstərişi ilə tikildi.
Amerika inqilabı left|thumb| İngilis kralı III Corcun heykəli 1776-cı ildə sökülür. left|thumb|ABŞ İstiqlal müharibəsinin ən böyük döyüşü olan Lonq-Aylend döyüşü 1776-cı ilin avqustunda Bruklində baş verib.