Kotam dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 2821,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Soyuqdağ yüksəkliyindən (3147,5 m) cənub-qərbə ayrılan eyniadlı qolunda zirvə. Gənzə kəndindən 4 km-ədək cənub-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qranodiorit-porfir, diorit və diorit-porfirlərindən təşkil olunmuş sıldırım yamaclı piramidavari qayalıqdır. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında yerləşir.

Həmçinin bax: Quşdaş dağı Qoşundaş dağı Qurddağ

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları