Ramiz Cəfərov (tam adı: Cəfərov Ramiz Əli oğlu; ) — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu İcra hakimiyyətinin başçısı."R. Ə. Cəfərovun Naxçıvan Muxtar Respublikası Kəngərli rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 may 2004-cü il tarixli 1000 nömrəli Sərəncamı. e-qanun.az
Həyatı Ramiz Cəfərov 19 may 1959-cu ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olub. 1966–1976-cı illərdə Qarabağlar kənd orta məktəbində orta təhsil alıb. 1977–1979-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Naxçıvan Dövlət Universitetində Hüquq və Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələrində təhsil almışdır. Müxtəlif idarə və təşkilatlarda çalışıb: Qarabağlar İstehlak Cəmiyyətinin sədri, Qıvraq İstehlak Cəmiyyətinin sədri, Şərur rayon "Kəngərli" Şəkər şirkətinin direktoru (1997–2002), 2 saylı Şərur Seçki Dairəsinin sədri (2003–2004), 24 may 2004-cü ildən 31 avqust 2015-ci ilədək Kəngərli rayon İcra Hakimiyyətinin başçısı kimi rəhbər vəzifələrdə işləyib. Hazırda Naxçıvan MR Həmkarlar İttifaqları Şurasında işləyir.
Yeni Azərbaycan Partiyasının II, III, IV və V Qurultaylarının nümayəndəsi, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatı Siyasi Şurasının üzvü olub.
Ailəlidir, 4 övladı var.
İcra başçısı Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu İcra hakimiyyətinin ilk başçısı vəzifəsində işləmişdir. O, bu vəzifəyə 24 may 2004-cü ildə təyin edilmişdir. 31 avqust 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir"R. Ə. Cəfərovun Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2015-ci il tarixli 1376 nömrəli Sərəncamı. e-qanun.az.
İstinadlar
Kateqoriya:Kəngərli Rayon İcra Hakimiyyətinin başçıları