Rəhman Sahib oğlu Mustafayev () — azərbaycanlı diplomat. Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri (2024), Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri (2022–2024)

Həyatı Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub.Prezidentin səfir təyin etdiyi Mustafayev kimdir? — DOSYE . azvision.az, 23.06.2017

1980–1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almışdır.

1985–1987-ci illərdə hərbi xidmətdə olmuşdur.

1993–1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib.

1994–1997-ci illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib.

1997–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub.

2000–2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir olub. 2006-cı ilin may-noyabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini olub.

2006-cı ilin noyabrından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub.

İngilis, fransız, rus və ərəb dillərini bilir.

Diplomatik fəaliyyəti Rəhman Mustafayev Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə Yunanıstan Respublikasındakı və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmışdır"R. S. Mustafayevin Azərbaycan Respublikasının Yunanıstan Respublikasında və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı. president.az .

Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri (23 iyun 2017 – 17 oktyabr 2022)"R. S. Mustafayevin Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı. president.az .

Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri çalışıb(17 oktyabr 2022 – 01 oktyabr 2024-cü i)l.

1 oktyabr 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib

İstinadlar

Xarici keçidlər Rəhman Mustafayev (Arxivləşdirilib)

Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Azərbaycan səfirləri Kateqoriya:Azərbaycanın Yunanıstandakı səfirləri Kateqoriya:Azərbaycanın Albaniyadakı səfirləri Kateqoriya:Azərbaycanın Fransadakı səfirləri Kateqoriya:Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirləri Kateqoriya:Azərbaycanın Monakodakı səfirləri Kateqoriya:Azərbaycanın Niderlanddakı səfirləri Kateqoriya:Azərbaycanın Rusiyadakı səfirləri