Cəbəlpur — Hindistanın mərkəzi hissəsində, Madhya-Pradeş ştatında şəhər.Cəbəlpur// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 232-233. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Əhalisi Əhalisi 1,05 mln. (2011; aqlomerasiyada 1,27 mln) nəfərdir.

Coğrafiyası Narmada çayı vadisində yerləşir. İri nəqliyyat qovşağıdır.

Tarixi 9–10-cu əsrlərdə Tripura racəliyinin paytaxtı olmuşdur. 1781-ci ildən Cəbəlpurda marathaların mənzil-qərargahı, 1818-ci ildən Britaniyanın hərbi bazası, Sauqor və Narmada ərazilərindəki Britaniya canişininin mənzil-qərargahı yerləşirdi.

Memarlığı 1864-cü ildə şəhər statusunu almışdır. Rani Durqavati Universiteti (1836-cı ildə tarix kolleci kimi əsası qoyulmuş, 1957-ci ildən universitetdir; 1983-cü ildən indiki adını daşıyır), C.Nehru adına kənd təsərrüfatı universiteti (1964), mühəndislik, tibb, hüquq və s. kollecləri var. Ştatın Ali məhkəməsi, Tropik meşə ETİ burada yerləşir.

Sənayesi Cəbəlpur sənaye-ticarət mərkəzidir. Döyüş sursatları (4 fabrik) istehsal olunur. Maşınqayırma (yük avtomobilləri, elektrotexnika məmulatları, telekommunikasiya avadanlığı və s.) və metal emalı inkişaf etmişdir; kimya (o cümlədən texniki rezin məmulatları), sement, şüşə, pambıq parça sənayesi müəssisələri fəaliyyət göstərir; saxsı, tikiş məmulatları və s. istehsal olunur. Oduncaq ticarəti aparılır. Kənd təsərrüfatı xammalı (buğda, çəltik, darı, manqo) emal edilir. Cəbəlpur yaxınlığında, şəhəri əhatə edən çox saylı təpələrin birində Madan-Mahal (12-ci əsr) qədim qond qəsri yerləşir. Şəhərətrafı mərmər dərələri və Bhedaqhat şəlaləsi var. Yaxınlığında boksit çıxarılır.

Şəkillər

İstinadlar

Xarici keçidlər Cəbəlpur rəsmi internet səhifəsi Yerli axtarış Cəbəlpur rəhbərliyi

Həmçinin bax Cammu Caypur

Kateqoriya:Hindistan şəhərləri Kateqoriya:Hindistanın milyon nəfərdən çox əhalisi olan şəhərləri