Aydın Süleyman oğlu Qasımov (22 sentyabr 1993-cü ildə Füzulidə anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Qaradağ klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçu.
Bioqrafiyası Aydın Qasımov 1993-cü ildə Azərbaycanın Füzuli rayonunda anadan olmuşdur. O, 9 yaşı olarkən Şəfa uşaq seleksiyaçı klubuna qəbul olmuşdur. O, öz peşəkar futbolçu karyerasına 2011-ci ildə Sumqayıt klubunda start vermişdir.Qasımov: "Tərlan Əhmədov mənə deyib ki…" O, iki mövsüm bu klubda çıxış etmişdir. 2013-cü ildə Aydın AZAL klubuna transfer olmuşdur. Əvvəlcə o, komandanın əvəzedicilər yığmasında mübarizə aparmışdır. 2014-cü ilin yayında zolaqlıların baş məşqçisi Tərlan Əhmədov gənc oyunçusu əsas komandaya dəvət etmişdir.AZAL-da iki yeni futbolçu
Çempionat Mövsümlərə görə Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir:
№ Mövsüm Klub Oyun Qol Ehtiyatda 1 2011 / 2012 "Sumqayıt" 0 0 1 2 2012 / 2013 "Sumqayıt" 0 0 6 3 2013 / 2014 "AZAL" 2 1 2 4 2014 / 2015 "AZAL" 0 0 1
Kubok Mövsümlərə görə Azərbaycan kubokunda statistikası aşağıdakı kimidir:
№ Mövsüm Klub Oyun Qol Ehtiyatda 1 2012 / 2013 "Sumqayıt" 1 0 0
İstinadlar
Xarici keçidlər Профиль игрока на сайте Профессиональной Футбольной Лиги Азербайджана
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Qaradağ Lökbatan FK futbolçuları