Yaşar Əliyev () — Azərbaycanı təmsil edən sərbəst güləşçi.
Onun qardaşı Hacı Əliyev də güləşçidir və üç qat Dünya, dörd qat isə Avropa Çempionatlarının qalibidir.
Karyerası Yaşar Əliyev 2006-cı ildə İstanbul şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib olmaqla beynəlxalq turnirlərdə birinci uğuruna imza atdı. Bir il sonra, 2007-ci ildə gənclər arasında Avropa Çempionatını beşinci pillədə başa vuran Yaşar Əliyev 2008-ci ildə həmin turnirin bürünc medalına sahib oldu. 2008-ci ildə Yaşar Əliyev həm də gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu.
Yaşar Əliyev 2009-cu ildə Litvanın Vilnüs şəhərində baş tutan Avropa Çempionatında mübarizə aparmaqla Avropa Çempionatlarında debüt etdi. Turnirin bürünc medal uğrunda görüşündə məğlub olaraq çempionatı beşinci pillədə başa vuran Yaşar Əliyev həmin ilin avqustunda gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. 2010-2012-ci illərdə nüfuzlu beynəlxalq turnirlərdə mübarizə aparmayan Yaşar Əliyev 2011-ci ildə Sofiya şəhərində D. Kolov - N. Petrov Turnirini, 2012-ci ildə isə Kiyev şəhərində Kiyev Turnirini bürünc medallarla başa vurdu.
Karyerasının ən uğurlu mövsümü 2013-cü ilə təsadüf edən Yaşar Əliyev həmin il əvvəl fevralda Yaşar Doğu beynəlxalq turnirinin bürünc medalına sahib oldu, daha sonra isə martda Gürcüstanın Tbilisi şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu. Yaşar Əliyev Qızıl Qran-Pri beynəlxalq turnirində 2013-cü ildə bürünc medala, 2014-cü ildə isə bürünc medala sahib oldu. 2015-ci ilin yanvarında Fransada Paris Qran-Prisini də bürünc medalla başa vuran Yaşar Əliyev həmin ilin iyununda Birinci Avropa Oyunlarını beşinci pillədə başa vurdu. Yaşar Əliyev 2015-ci ildə 26 yaşında idmanla vidalaşdı.
Nəticələri SıraİlYarışEv sahibiNəticə12006Yeniyetmələrin Avropa Çempionatı Türkiyə3.22007Gənclərin Avropa Çempionatı Serbiya5.32008Gənclərin Avropa Çempionatı Slovakiya3.4Gənclərin Dünya Çempionatı Türkiyə5.52009Avropa Çempionatı Litva5.6Gənclərin Dünya Çempionatı Türkiyə3.72010Qızıl Qran-Pri Azərbaycan17.82011D. Kolov - N. Petrov Turniri Bolqarıstan3.9Əli Əliyev Turniri Rusiya18.10Qızıl Qran-Pri Azərbaycan8.112012Kiyev Turniri Ukrayna3.12Dünya Olimpiya Təsnifat Turniri Çin16.13Qızıl Qran-Pri Azərbaycan7.142013Y. Doğu Turniri Türkiyə3.15Avropa Çempionatı Gürcüstan3.16Universiada Oyunları Rusiya12.17Dünya Çempionatı Macarıstan25.18Qızıl Qran-Pri Azərbaycan2.192014Yaşar Doğu Turniri Türkiyə18.20Əli Əliyev Turniri Rusiya15.21Qızıl Qran-Pri Azərbaycan3.222015Paris Qran-Prisi Fransa3.23Avropa Oyunları Azərbaycan5.24Qızıl Qran-Pri Azərbaycan12.
İstinadlar
Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:2015 Avropa Oyunlarında güləşçilər Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri