Əfsanəyə çevrilən adam. Ələddin Abbasov — rejissor Elvin Vəlimətovun 2013-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film.

Məzmun Filmdə görkəmli teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Ələddin Abbasovun həyat və yaradıcılığından bəhs olunur.

Film haqqında Filmdə "Koroğlu", "Torpaq, dəniz, od, səma", "Mən ki gözəl deyildim", "Dəli Kür", "Qatır Məmməd", "Qocalar, qocalar", "Nizami", "Qətl günü", "Özgə ömür", "Məkanın melodiyası" filmlərinin, eləcə də "Vaqif" tamaşasının kadrlarından istifadə edilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Müəllif: Sevda Ağazadə Rejissor: Elvin Vəlimətov Operator: Zaur Haşımov, Səbuhi İbrahimov Montaj: Rəşad Rəhimov, Araz Əjdərov Musiqi tərtibatı: Əliabbas Qasımov Rejissor assistenti: Vüsal Əzimov, Ayxan Əhmədov Videomateriallar: Fuad Əhmədov Mətni oxuyan: Sevda Ağazadə (titrlərdə yoxdur) İnzibatçı: Etibar Almazov Redaktor: Səyavuş Məmmədov

Filmdə iştirak edən Ələddin Abbasov (aktyor, xalq artisti)

Xarici keçidlər Filmi izlə

Kateqoriya:Qısametrajlı sənədli televiziya filmləri Kateqoriya:Ələddin Abbasov haqqında filmlər Kateqoriya:2013-cü ilin Azərbaycan filmləri