Çad Meredit Harli (; ) — ABŞ veb ustası və iş adamı, "YouTube"un qurucularından biri. O, "YouTube"un keçmiş CEO-su və cari məsləhətçisidir. O, həmçinin video platformasının yaradıcılarından biridir. Stiv Çen 2006-cı ilin oktyabrında "YouTube"u "Google"a 1,65 milyard dollara satmışdır. Harli digər qurucu ortaqları və Caved Kərim ilə birlikdə "YouTube" platformasını qurmamışdan əvvəl "eBay"ın "PayPal" bölümündə çalışmış, vəzifələrindən biri də "PayPal" loqosunu tərtib etmək olmuşdur. Harli ilk növbədə "YouTube"un etiketləmə və video paylaşma aspektlərinə cavabdeh idi.Stone: Is YouTube the Napster of Video? – Newsweek Brad Stone – MSNBC.com

Erkən həyatı və təhsili Don və Coan Hurli cütlüyünün ikinci övladı olaraq Pensilvaniya ştatının Ridinq şəhərində doğulub və Birdsboro yaxınlarında böyüyüb. Onun Heder adlı özündən böyük bir bacısı və Brent adlı özündən kiçik bir qardaşı var.

Karyerası 2005-ci ildə Stiv Çen və Caved Kərimlə birlikdə "YouTube"u qurdular. 2006-cı ildə "YouTube"u 1,65 milyard dollara "Google"a satdılar. Platformanı satdıqdan sonra da "YouTube"da CEO kimi çalışmış və bu vəzifədən 2010-cu ilin oktyabrında istefa vermişdir. Salar Kaminqar yeni CEO təyin olunmuş, Harli isə şirkətdə məsləhətçi kimi vəzifəsinə davam etmişdir.

Şəxsi həyatı Çarli daha əvvəl Silikon vadisi sahibkarı qızı Keti Klarkla evlənmişdir. Onlar 2012-ci ildə boşanmışdır. Harli 2020-ci ildə Elis Valden ilə evlənmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:YouTube Kateqoriya:ABŞ iş adamları