Əli Şamil oğlu Rasizadə (; ) — Azərbaycanəsilli Sovet və ABŞ tarix professoru, XX əsrin dünya tarixi və beynəlxalq münasibətlər üzrə çoxsaylı əsərlərin müəllifidir. Neft bumunun başa çatdıqdan sonra sosial-iqtisadi tənəzzül prosesinin tipoloji modeli olan "Rasizadə alqoritminin" ixtiraçısıdır. Azərbaycan dövlət xadimləri Şamil Rasizadənin oğlu və Əlirza Rasizadənin nəvəsidir.Əli Rasizadənin ən yaxın qohumları arasında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid Rasizadə və 1996-2018-ci illərdə Azərbaycanın baş naziri Artur Rasizadə kimi görkəmli şəxsiyyətləri qeyd etmək lazımdır. = Rasizadələr.
Erkən illəri Əli Rasizadə 1947-ci il Mayın 21-də Naxçıvan şəhərində dövlət xadimi Şamil Rasizadənin ailəsində anadan olub. Bakının 6 nömrəli orta məktəbini bitirdikdən sonra, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və 1969-cu ildə onu fərqlənmə ilə bitirmişdir. 1969–1970-ci illərdə SSRİ-nin Moskva hava hücumundan müdafiə dairəsinin raket hücumundan müdafiə qüvvələrində xidmət edib. 1970–1974 illərində Moskva Dövlət Universitetinin tarix fakültəsində ABŞ tarixi üzrə aspiranturanı bitirib və, "Truman Doktrini" mövzusunda dissertasiyanı müdafiə edərək, oradaca tarix elmləri namizədi elmi dərəcəsini alıb.А.Ш.Расизаде. Установление военно-политического союза США и Турции в 1947–1952 годах (автореферат кандидатской диссертации). Издательство МГУ, Москва, 1974, 24 стр. Aspiranturanı bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunda işə dəvət olunub, lakin Moskvada yaşamaq qeydiyyatı olmadan, Bakıya dönməli oldu.Əli Rasizadənin həyatı və yaradıcılığı haqqında daha ətraflı məlumat üçün bax: Беседа с А.Ш.Расизаде (часть первая); (часть вторая). = The Russian Question, 25-26.IV.2023.
Sovet dövrü Bakıya qayıdaraq, 1974–1980 illərində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində əvvəlcə dosent, sonra isə ümumi tarix kafedrası professoru vəzifəsində çalışıb. Orada Avropa və Amerikanın yeni və müasir tarixi üzrə mühazirələr oxumuşdur, Azərbaycanda ilk olaraq Amerikaşünaslıq məktəbini qurub, birinci milli Amerikaşünas kadrları hazırlamişdır.А.Ш.Расизаде. Школа американистики в Азербайджане. = Учёные записки АГУ (Баку), 1978, номер 4, стр.70–98. Universitetdən əlavə, Əli Rasizadə paralel olaraq Bakı Ali Partiya Məktəbində, Azərbaycan Dövlət Pedaqoji İnsitutunda və Xarici Dillər İnsitutunda Qərbin müasir tarixi və beynəlxalq münasibətlər üzrə mühazirə kursları aparırdı.
Lakin, totalitar Sovet rejimin ali məktəblərindəki tədris prosesində burjua təbliğinin tam qadağan olduğundan, ABŞ alimləri və diplomatları ilə ünsiyyət aparmasına görə, nəhayət tələbə və həmkarlarının tez-tez dövlət təhlükəsizlik orqanlarına xəbərçilik etməsi ilə əlaqədar, Əli Rasizadə elmi iş imkanlarından məhrum olunub, onun dərs dediyi Amerika və Avropa ölkələrinə elmi və təcrübə ezamiyyətlərinə getməyə imtina edilirdi. Ona görə də o, universitetdə müəllimlik işini qoyub, 1981-ci ildə elmi iş aparmaq üçün Azərbaycan SSR Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna keçdi.
1980-ci illərdə bu institutda işlədiyi dövrdə, onun direktorları (əvvəlcə akademik Ziya Bünyadov, sonra isə Aida İmanquliyeva) Əli Rasizadənin elmi işləri üçün ən əlverişli şərait yaratmışdırlar. 1983-cü ildə, Azərbaycan Elmlər Akademiyasının prezidenti akademik Həsən Abdullayevin təşəbbüsü ilə, Əli Rasizadə Moskvadaki SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun doktoranturasına göndərilir və oradaca 1990-cı ildə "NATO sistemində Türkiyə" mövzusunda tarix elmləri doktoru dissertasiyasını müdafiə etmişdir.А.Ш.Расизаде. Турция в системе НАТО (докторская диссертация). Издательство Наука (АН СССР), Москва, 1990, 389 стр.
1983–1990 illərində Moskvada olarkən, həmin institutun direktoru akademik Primakovun tövsiyəsi ilə, Əli Rasizadə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Xarici işlər nazirliyinin müşavirlər qrupunun tərkibində işləmişdir. 1989–1991 illərində, o zaman baş verən Yenidənqurmanın fəal iştirakçısı olaraq, SSRİ Konstitusiyasını nəzərdən keçirmək üçün SSRİ Ali Soveti nəzdində yaradılmış mütəxəssislər işçi qrupun tərkibində yeni İttifaq müqaviləsi layihəsi üzərində çalışmışdır.А.Ш.Расизаде. Нужна ли России империя? (Размышления историка). = Гласность (Москва: Самиздат), 1989, номер 4, стр. 74–91.
Amerika dövrü 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində, Əli Rasizadə Cənubi Florida Universitetinin dəvəti ilə Moskvadan ABŞ-ın Tampa şəhərinə köçür və orada "adjunct professor" vəzifəsində "Yenidənqurma və SSRİ-nin dağılması" mövzusunda mühazirə kursu oxumuşdur. Eyni zamanda 1990-cı illər ərzində, Fulbright təlim proqramları professoru vəzifəsində, Əli Rasizadə müxtəlif ABŞ universitetlərində həmin mövzuda mühazirə kursları oxumuşdur: Kaliforniya Universitetinin Los Anceles və Berkli bölmələrində, Stanford, Harvard, Johns Hopkins və Braun universitetlərində.Lectures of professor Rasizade at the University of California (Berkeley) in 1997. Lectures of professor Rasizade at the University of California (Berkeley) in 2002.] 1995-ci ildə həmin mövzuda New Yorkdaki Kolumbiya Universitetində Əli Rasizadə doktorluq (PhD) dissertasiyasını müdafiə etmişdir.Alec Rasizade. Perestroika and breakup of the USSR (PhD dissertation). USF dissertation series: University of South Florida Press, Tampa, 1995, 257 pages. Nəticədə o, "associate professor of history" vəzifəsini tutaraq elmi işlərini davam etdirmək üçün 1996-cı ildə Kolumbiya Universitetinin Harriman adına Sovetşünaslıq Institutuna işə düzəldi və orada akademik fəaliyyətini davam etdi.A.Rasizade. Central Asia in transition to the Third World. (Working papers of the Harriman Central Asia program). Columbia University Press. New York, 1999, 725 pages.
2000-ci ildə Əli Rasizadə Vaşinqtondaki Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində "senior research fellow" vəzifəsinə dəvət olundu, orada ABŞ dövlət və ictimai orqanları üçün analitik arayışlar hazırlamaqla məşğul oldu. Amma, elmi işlərinin davam etdirilməsi naminə, 2004-cü ildə Vaşinqtonda yerləşən ABŞ Milli Elmlər Akademiyasının nəzdindəki Historical Research Center akademik mərkəzinə keçib, orada "senior associate" vəzifəsində çalışmışdır. Məhz bu illərdə onun Azərbaycan, Rusiya, Qafqaz və Orta Asiyanın postsovet tarixi üzrə ən fundamental əsərləri yazılmışdır. Bu təşkilatın 2013-cü ildə bağlandığından sonra, təqaüdə çıxıb, hazırda Vaşinqtonun ətraflarındaki Silver Spring adlı bir qəsəbədə yaşayır. Professor Rasizadə postsovet ölkələrində ekspert kimi vaxtaşırı akademik, təhsil, sosial, analitik və qanunvericilik tədbirlərində, müzakirələrdə, panellərdə, həmkarlar rəylərində, müsahibələrdə, verilişlərdə və dinləmələrdə iştirak edir. Əli Rasizadə həmçinin öz sahəsində dünyanın bir sıra aparıcı elmi jurnallarının məşvərət və ya redaksiya heyətlərinin üzvüdür.
Əhəmiyyətli tədqiqatlar Professor Rasizadə XX əsrin tarixinə dair 200-dən çox elmi əsərin müəllifidir.Google Scholar: Alec Rasizade. Onun Sovetşünaslığa verdiyi töhfələrini dörd əsas kateqoriyaya bölmək olar: Xəzər neft bumu, Rusiya, Azərbaycan və Orta Asiyada Yenidənqurma tarixi. Bu kateqoriyaların hər biri üzrə elmi tapıntılar aşağıdakı tezislərdə ümumiləşdirilə bilər:
1) O, 100-illik hasilatdan sonra Xəzər neft ehtiyatları ilə bağlı faktiki məlumatlara əsaslanaraq, Qərb siyasi və akademik dairələrində hökm sürən eyforiyanın əksinə olaraq, Azərbaycan hökuməti və beynəlxalq neft konsorsiumu tərəfindən şişirdilmiş proqnozlara rəğmən, 2000-2020-ci illərdəki Xəzər neft bumunun sonunu və bütün sonrakı iqtisadi nəticələrini dəqiq proqnozlaşdırmışdır.A.Rasizade. Azerbaijan and the oil trade: prospects and pitfalls. = The Brown Journal of World Affairs (Brown University Press), Summer-Fall 1997, volume 4, number 2, pages 277—294; A.Rasizade. Azerbaijan, the US and oil prospects on the Caspian Sea. = Journal of Third World Studies (Association of Third World Studies), Spring 1999, volume 16, number 1, pages 29-48; A.Rasizade. Mythology of the munificent Caspian bonanza and its concomitant pipeline geopolitics. = Comparative Studies of South Asia, Africa and the Middle East (Duke University Press), 2000 double issue, volume 20, numbers 1-2, pages 138—152; A.Rasizade. US gaze on oil bonanza: perception and reality in Azerbaijan. = Indian Journal of Asian Affairs (Jaipur), December 2002, volume 15, number 2, pages 17–32; A.Rasizade. The great game of Caspian energy: ambitions and the reality. = Journal of Southern Europe and the Balkans (London: Taylor & Francis), April 2005, volume 7, number 1, pages 1-17; A.Rasizade. The mystery of the Caspian oil boom. = Contemporary Review (Oxford) in two parts: 1) September 2004, volume 285, number 1664, pages 129–135; 2) October 2004, volume 285, number 1665, pages 199–205.
2) SSRİ-nin dağılmasından sonra Rusiyada baş verən hadisələri ümumiləşdirərək, o, Putinin hakimiyyətə gəlməsinin tarixən qaçılmaz olduğunu, Marksın Bonapartizm nəzəriyyəsinin təcəssümü olduğunu yazırdı. Bu nəzəriyyəyə əsasən, inqilabi dəyişikliklərlə xaosun həddinə çatdırılan cəmiyyət nizam-intizamı, qanunçuluğu və qanunsuz əldə edilmiş əmlakın legitimləşdirilməsini qətiyyətlə təmin edə bilən bir diktatoru hakimiyyətə gətirir. Bundan əlavə, o, SSRİ-nin dağılmasını çoxmillətli Rusiya imperiyasının süqutunun ilk mərhələsi olaraq, ardınca isə Rusiya Federasiyasının dağılmasını hesab edir və beləliklə digər çoxmillətli dövlətlərin tarixi taleyini təkrarlayacağını gözləyir.A.Rasizade. Perestroika and breakup of the USSR (USF dissertation series). University of South Florida Press, Tampa, 1995, 257 pages; A.Rasizade. Putin's mission in the Russian Thermidor. = World Affairs (Delhi), Winter 2007, volume 11, number 4, pages 142-176; A.Rasizade. Putin's mission in the Russian Thermidor. = Communist and Post-Communist Studies (Amsterdam: Elsevier publishers for the University of California), March 2008, volume 41, number 1, pages 1-25; A.Rasizade. Putin's place in Russian history. = International Politics (London: Palgrave-Macmillan), September 2008, volume 45, number 5, pages 531-553; A.Rasizade. A propos of the Georgian war: reflections on Russia's revanchism in its near abroad. = Journal of Balkan and Near Eastern Studies (London: Taylor & Francis), March 2009, volume 11, number 1, pages 9-27; A.Rasizade. Chechnya: the Achilles heel of Russia. = Contemporary Review (Oxford) in three parts: 1) April 2005, volume 286, number 1671, pages 193–197; 2) May 2005, volume 286, number 1672, pages 277–284; 3) June 2005, volume 286, number 1673, pages 327–332.