Bəxtiyar Bəyqulu oğlu Həsənalızadə () — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçu.
Klub karyerası Bəxtiyar Həsənalızadə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunun akadeniyası vasitəsilə inkişaf etmişdir. O, 2011-ci ildən 92 nömrəli forma altında bu klubda çıxış edir.Topaz Premyer Liqası, XXVIII tur / 2014–03–28
Bəxtiyar öz peşəkar futbolçu karyerasına klubun əvəzedicilər dəstəsində start vermişdir. 2012-ci ilin iyun ayından Bəxtiyar Sumqayıt klubunun əsas yığmasına mübarizə aparır. O, klub ilə iki illik müqavilə imzalamışdır.5 yeni müqavilə "Sumqayıt" daha 5 futbolçuyla müqavilə imzaladı
27 dekabr 2018-ci ildə "Zirə"yə qoşuldu.
24 dekabr 2020-ci ildə Həsənəlizadə 2020/21 mövsümünün sonuna qədər "Sabah" ilə müqavilə imzaladı.
2023-cü ilin avqust ayında o, "Sabah"dan ayrılaraq Türkiyə 1-ci Liqasında iştirak edən "Tuzlaspor"a keçdi. 20 oyunda 1 dəfə fərqlənib və eyni sayda da qol ötürməsi ilə yadda qalıb. 2024-cü ilin yayında klubun düşərgəsini tərk edib. Türkiyə klubundan 3 aylıq əmək haqqını ala bilməmişdi deyə beynəlxalq prosedurlar çərçivəsində FIFA-ya şikayət ünvanlamışdı. Nəticədə FIFA mübahisələrin həlli palatasının qərarı əsasında futbolçuya kompensasiya ödənilməsi qərara alınmışdı. Bu qərar 2025-ci ilin fevralında klub tərəfindən tam şəkildə icra olunmuşdur.
6 iyul 2024-cü ildə "Araz-Naxçıvan"a transfer olub. 1 noyabr 2024-cü ildə Azərbaycan Premyer Liqasının XII turunun "Neftçi" – "Araz-Naxçıvan" oyununun (0:1) birinci hissəsində zədələnən Həsənalızadə yalnız 2025-ci ilin fevralında məşqlərə yenidən qoşula bilmişdi. 2 iyun 2025-ci ildə müqaviləsi birillik yenilənib. 2 iyun 2026-cı ildə klubdan ayrılıb.
8 iyul 2026-cı ildə "İmişli"yə keçib.
Çempionat № Mövsün Klub Liqa Oyun Dəqiqə Qol 1 2011 / 2012 "Sumqayıt" Premyer Liqa 3 1203 0Kim oynadı, kim vurdu — 2011/12 2 2012 / 2013 "Sumqayıt" Premyer Liqa 13 1050 0Kim oynadı, kim vurdu — 2012/13 3 2013 / 2014 "Sumqayıt" Premyer Liqa 16 2355 0
Kubok Bəxtiyar Sumqayıt klubu ilə Azərbaycan Kubokunda bir oyunda iştirak etmişdir. № Tarix Raund Klub Rəqib Liqa Nəticə 1 4 dekabr 2013 İkinci raund, 1/8 final "Bakı" "Sumqayıt" Premyer Liqa 2 : 1Bakı vs. Sumqayıt 2–1
İstinadlar
Xarici keçidlər Состав ФК "Сумгаит" на официальном сайте клуба Профиль игрока на сайте ПФЛ — Профессиональной Футбольной Лиги Азербайджана
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular