Mehmet Saray (d. 1942, Afyon) — Türk Tarix Qurumunun üzvü, Atatürk Elmi-Araşdırmalar Mərkəzinin Elmi Şurasının həqiqi üzvü, 2004-2006-cı illərdə Atatürk Kültür, Dil və Tarix Ali Qurumunun Atatürk Araşdırma Mərkəzinin (ATAM) rəhbəri, 2007-2010-cu illərdə Türkiyə Cümhuriyyəti Yeditepe Universitetində Müasir dövr Tarix Araşdırmaları Mərkəzinin sədri, Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru.
Fəaliyyəti
1942-ci ildə Türkiyənin Afyon bölgəsinin Dinar qəzasında anadan olub. 1988-ci ildə professor adını alıb. Türk Tarix Qurumunun üzvüdür. 1995-ci ildən Atatürk Elmi-Araşdırmalar Mərkəzinin Elmi Şurasının həqiqi üzvüdür. 1992-1996-cı illərdə Türkiyə Cümhuriyyəti XİN-də türk dövlətləri ilə əlaqədar baş məsləhətçi vəzifəsini icra etmişdir. Bu vəzifədə olduğu müddətdə Türk Cümhuriyyətləri elm adamları ilə birlikdə təşkil edilən “Ortaq Türk Tarixi”, “Ortaq Türk Ədəbiyyatı”, “Ortaq Türk Lüğəti” və “Ortaq Türk Əlifbası” layihələrinin rəhbəri olub. 1990-2000-ci illərdə Hərb Akademiyalarında, İstanbul Universitetinin Ədəbiyyat Fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub. 2004-2006-cı illərdə Atatürk Kültür, Dil və Tarix Ali Qurumunun Atatürk Araşdırma Mərkəzinin (ATAM) rəhbəri edib. 2007-2010-cu illərdə Türkiyə Cümhuriyyəti Yeditepe Universitetində Müasir dövr Tarix Araşdırmaları Mərkəzinin sədri vəzifəsini icra edib. 2011-ci il 24 iyun tarixindən Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktorudur.
Mukafatları Türkmenistan Dövlət Mukafatı Türk Dünyasına Xidmət Mukafatı
Elmi Çalışmaları Türkcə kitabları
İngiliscə kitabaları
The Turkmens in the Age of Imperialism, T.T.K. yayını, Ankara, 1989. A Short History of Turkish Islamic States Exluding the Ottoman State, (İbrahim Kafesoğlu, Mehmet Saray, Hakkı Dursun Yıldız), Ankara 1994. The Russian, British, Chinese and Otoman Rivalry in Turkestan, TTK, Ankara, 2003. The Principles of Turkish Administration and Their Impact in the Lives of NonMuslim Peoples: The Armenians as a Case Study, Atatürk Araştırma Merkezi Yay., Ankara, 2003.
Həmçinin bax Quram Marxuliya Rudolf İvanov Seyit Sertçelik Xəlil İnalcık Yusuf Halaçoğlu İlbər Ortaylı İsmayıl Seragəldin Şuxrat Salamov
Xarici keçidlər Prof. Dr. Mehmet Saray Prof. Dr. MEHMET SARAY’IN ÖZGEÇMİŞİ
İstinadlar
Kateqoriya:AMEA Tarix və Etnologiya İnstitutunun fəxri doktorları Kateqoriya:Türkiyə tarixçiləri Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Türk tarixçilər Kateqoriya:Türkiyə professorları Kateqoriya:Türkiyə tarix akademikləri