Vaqif İbrahim oğlu Hüseynov () – şair, jurnalist.
Həyatı 1936-cı ildə Lənkəranda doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. İlk mətbu şeiri 1958-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Bir müddət şeirlərini və poemalarını Vaqif İbrahim təxəllüsü ilə çapa verib. "Leninçi" adlı Lənkəran rayon qəzeti redaksiyasında şöbə müdiri, məsul katib (1958–1965), "Çağırış" adlı Masallı rayon qəzeti redaksiyasında şöbə müdiri, məsul katib, sonra redaktor olub (1965–1977). Sosial yüklü məqalə və felyotonları, dövrün ədalətsizliklərinə qarşı sərt şeirləri, redaktor kimi prinsipial mövqeyi onun qısa bir zaman ərzində tanınmasına və nüfuz qazanmasına zəmin yaradıb. Rəhbərlik etdiyi qəzetdə ən müxtəlif sahələrdəki problemləri işıqlandırması, rayon rəhbərliyinin təzyiqlərinə boyun əyməməsi "Çağırış" qəzetinin redaktorluğundan getməsi ilə nəticələnib. 1978-ci ildə doğulduğu Lənkərən rayonuna qayıdıb və ömrünün sonunadək radio verilişləri redaksiyasının redaktoru vəzifəsində çalışıb.
Mükafatları "Şərəf" nişanı ordeni iki medalla təltif olunub. Qızıl qələm
Əsərləri Sevərək yaşayanlar (povest) – 1967-ci il Dəniz çağırır – 1983-cü il Vətən sənə borcum qaldı — 1985 Mənə vaxt verin – 2006
Həmçinin bax Telman Qarayev Fərhad Kərimov Sultan Laçın
Xarici keçidlər Vaqif İbrahim oğlu Hüseynov Anlamaq dərdi
İstinadlar
Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Talış şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan publisistləri