Kamil Sultanov — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (14.09.2012)
Həyatı Kamil Sultanov 6 sentyabr 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur.
Bakı Kitabxanaçılıq texnikumunu bitirmişdir.
1966-cı ildən Opera və Balet teatrında çalışır.
1966–1977-ci illərdə xor artisti vəzifəsində çalışmış, 1977-ci ildən rejissor assistenti vəzifəsində işləyir.
Tamaşaları idarə edən rejissordur.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rejissor assistentidir.
Mükafatları Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi — 14.09.2012
Filmoqrafiya Qız qalası (film, 2000) Şirin bülbül (film, 2000) Yeni həyat (2005)
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçiləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları