Əkrəm Akif oğlu Zeynallı — azərbaycanlı diplomat. Azərbaycanın İsveçrədə və Lixtenşteyndə (2012 — 2017) olan sabiq fövqəladə və səlahiyyətli səfiri, 2017-2023 Azərbaycanın Çində olan fövqəladə və səlahiyyətli səfiri.

Fəaliyyəti 23 aprel 2012-ci il tarixli sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

Əkrəm Zeynallı, Azərbaycan Prezidenti İlham Əliyevin 23 aprel 2012-ci il tarixli sərəncamı ilə Azərbaycanın İsveçrədə olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Daha sonra Əkrəm Zeynallı, Azərbaycan Prezidenti İlham Əliyevin 2 iyul 2012-ci il tarixli sərəncamı ilə Azərbaycanın Lixtenşteyndə olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

2017-cı il mayın 25-də isə Əkrəm Zeynallı, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir təyin edildiyi bütün 2 dövlətdən geri çağırıldı.

Əkrəm Zeynallı, Azərbaycan Prezidenti İlham Əliyevin 19 iyul 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın Çində olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.Ə.A.Zeynallının Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İstinadlar

Kateqoriya:Azərbaycanın İsveçrədəki səfirləri Kateqoriya:Azərbaycanın Lixtenşteyndəki səfirləri Kateqoriya:Azərbaycanın Çindəki səfirləri Kateqoriya:Azərbaycanın Şimali Koreyadakı səfirləri