Boyaqlı - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Coğrafiyası Boyaqlı kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. XIX əsrdə Kəlbəcər kəndinin əhalisinin yaylaq yurdu olmuşdur. Boyaq bitkiləri cox olduğu üçün yurd belə adlandırılmışdır. Sonralar kəndin kəlbəvəli və mərdanlı nəsillərinə mənsub bir qrup camaatı yaylaq yurdunda məskunlaşmış, yeni yaşayış məntəqəsi yurdun adını saxlamışdır.

Tarixi Bu kəndin ərazisində boyaq otları vardır. Həmin otlardan yerli əhali boyaq kimi istifadə edirdilər. Kəndin adı buradan götürülmüşdür.Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.

Məşhur yerlər Şişin başı, Almaağacı, Camışuçan, Arxacyeri, Xırman, Xal, Xalın qayası, Şorun dərəsi, Çərkəzin şamı, Nağı dədənin şamı, Naziksu, Məmmədbiçən tala, Malqayıtmaz, Şəl, Küllü kaha, Şorun dərəsi, Əlikişinin kahası, Qaraşın şamı, Şirinin şamı, Davalı şam, Dəyirmanlar, Darı yeri, Əyriyol, Xırdadüz, Darı yerləri.

Tanınmış şəxsləri

Anar Əliyev (hərbçi) (1980–2020) — Vətən Müharibəsi Qəhrəmanı, İkinci Qarabağ müharibəsi şəhidi.

İstinadlar

Kateqoriya:Kəlbəcər rayonunun kəndləri