Səfərdərə dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3826,4 m).  Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Qapıcıq və Yağlıdərə dağlarının arasında, Parağaçayın mənbə hissəsindədir. Mehri-Ordubad batolitinin Üst Eosen yaşlı qabbro, qabbro-diorit, mansodiorit, qranosiyenit və monsoqranodioritlərindən təşkil olunmuş sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında  yerləşir.

SƏPƏRDƏRƏ DAĞI – Ordubad rayonu ərazisində Səfərdərə dağının əhali arasında işlədilən başqa adı.

Həmçinin bax: Almalıdağ Alçalıdağ Elti dağı Qız-gəlin dağı

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları