Şahbulaqçay — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində çay. Naxçıvançayın sol qolu.
Haqqında Zəngəzur silsiləsindən başlanır. Mənsəbindən 40 km məsafədə ona tökülür. Uzunluğu 27 km, hövzəsinin sahəsi 100 kv. km-dir. Yaz–yay aylarında (mart–iyun) daşqın əmələ gətirən çaylar qrupuna daxildir. Əsasən, qar, qrunt və yağış suları ilə qidalanır. Suvarmada istifadə olunur.
İstinadlar
Kateqoriya:Naxçıvan Muxtar Respublikasının çayları