Dorote Elmicer () – İsveçrə yazıçısı. Hazırda İsveçrədə yaşayır. Elmicer gələcək vəd edən İsveçrə yazıçılarından biridir. 2010-cu ildə Almandilli Ədəbiyyat Festivalında Kelaq mükafatını qazanmışdır.
Məktəbi bitirdikdən sonra Elmicer Nyu-Hempşirə getmiş, daha sonra Sürix Universitetində fəlsəfə və siyasi elmlər üzrə təhsil almağa başlamışdır. Bil şəhərində İsveçrə Ədəbiyyat İnstitutunda və Leypsiqdə Alman Ədəbiyyat İnstitutunda təhsil almışdır.
2008-ci ildə Hildeshaymda yeni ədəbiyyat üzrə keçirilən festivalda – Prosanovada iştirak etmişdir.
Yazıçının ən məşhur əsəri 2010-cu ildə nəşr olunmuş "Cəsurlara dəvət" () novellasıdır.
İstinadlar
Xarici keçidlər "Schöner Erfolg für die Schweizer Literatur", Tages-Anzeiger, 27. Juni 2010
Kateqoriya:Qadın yazıçılar Kateqoriya:İsveçrə yazıçıları