"Warriors" () — ABŞ rok qrupu Imagine Dragons tərəfindən bəstələnmiş mahnı. 2014-cü il League of Legends Dünya Çempionatının rəsmi musiqi videosunda istifadə edilmiş, həmçinin 2015-ci ildə FİFA Qadınlararası Dünya Çempionatının rəsmi mahnısı olmuşdur. Bunlardan əlavə, mahnı 2015-ci ildə Survivor Series-in rəsmi mahnısı olmuş, "Diverqent: Insurqent" filmində, USA Network-un "Koloniya" teleserialında və "Ecazkar qadın" filminin son rəsmi treylerində istifadə olunmuşdur. Sinql rəqəmsal şəkildə 18 sentyabr 2014-cü ildə buraxılmışdır.
Musiqi videosu Mahnı ilk öncə League of Legends-in rəsmi YouTube kanalı vasitəsilə 17 sentyabr 2014-cü ildə paylaşılmışdır. Mahnı və video 2014-cü il League of Legends Dünya Çempionatını reklam etmək xarakteri daşıyırdı.
Trek siyahısı
Hit-paradlarda
Yüksək yerlər Hit-parad (2014) Ən yüksəkyer Livan (Lebanese Top 20) 16Norveç (VG-lista)27
İl sonu hit-paradlar Hit-parad (2014) Yer US Hot Rock Songs (Billboard) 68 Hit-parad (2015) Yer US Billboard Hot Rock Songs83
Sertifikatlar
İstinadlar
Kateqoriya:2014-cü ilin mahnıları Kateqoriya:Imagine Dragons mahnıları Kateqoriya:Futbol musiqisi Kateqoriya:2014-cü ilin sinqlları