Naxçıvan-Sədərək magistral yolu — Azərbaycanı Türkiyə ilə birbaşa birləşdirən yeganə quru avtomobil yolu.

İnşa tarixindən Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanmışdır. Yolun tikintisi 2010-cu ilə qədər mərhələli şəkildə aparılmış və 2010-cu ilin oktyabrından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.

Texniki göstəriciləri Dördzolaqlı yolun ümumi uzunluğu 87 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Böyük İpək yolunun bir hissəsi sayılan bu magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir.

Azəravtoyolun rəsmi saytında verilən məlumata görə yolun indeksi M-7-dir.

Həmçinin bax M8 şossesi (Azərbaycan)

İstinadlar

Kateqoriya:Azərbaycanda nəqliyyat Kateqoriya:Azərbaycan yolları Kateqoriya:Sədərək rayonu