Əbülmüzəffər Əhməd bin Xızır bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani () — Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1087. ildə atası Xızır xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir. Hakimiyyəti illərində din adamları ilə yola gedə bilməyib, bir neçəsini edam elətdirdi. Bunu eşidən I Məlikşah Özkəndə gəlib onu əsir aldı və yerinə naib olaraq Əl-Tahir Xarəzmi təyin etdi. Məlikşahın ölümündən sonra Özkəndə gələn Əhməd xan din adamları tərəfdən xoş qarşılanmadı və 1095 iyulun 25-i Əhməd xan ateistliklə günahlandırılaraq edam edildi.
İstinadlar
Kateqoriya:Qaraxani xaqanları Kateqoriya:Doğum tarixi bilinməyənlər