Brayton — İngiltərədə kurort şəhər.

Ümumi məlumat Braytonda 200 il öncə kiçik balıqçı qəsəbəsi var idi. 1754-cü ildə doktor Riçard Rassel həmin ərazidə dəniz suyunun müalicəvi xüsusiyyətini aşkar etmiş və onu populyarlaşdırmağa başlamışdı. Bir neçə il sonra gənc Uels şahzadəsinin Braytona gəlişi ilə əlaqədar burada şahzadə üçün saray inşa edilmişdir. Həmin saray indiyədək qorunub saxlanılır. Şahzadənin ardınca ingilis zadəganlarının bu yerlərə axım ilə əlaqədar ərazidə dəbdəbəli mülklərin, mehmanxanaların tikintisinə başlanılmışdı. Beləliklə, Brayton Böyük Britaniyanın ən dəbdə olan kurortuna çevrilmişdi. Bu kurort ərazisində çimərlik, otellər, restoranlar müxtəlif əyləncə mərkəzləri fəaliyyət göstərir. Kurortda yeni, hündürmərtəbəli — göydələn otellərin tikintisi aparılır.Məmmədov. C. A, Soltanova. H. B, Rəhimov. S. H Beynəlxalq turizmin coğrafiyası, Bakı 2002

Həmçini bax İngiltərə Brayton Universiteti

İstinadlar

Xarici keçidlər БРАЙТОН

Kateqoriya:İngiltərə şəhərləri Kateqoriya:İngiltərənin dənizkənarı kurortları