İçəri şəhər — rejissor İlqar Safatın filmi.
Haqqında Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Məzmun Müasir Azərbaycanda cərəyan edən hekayə yaşıdlarının bəsit ambisiyalarından uzaq olan istəklərlə yaşayan gənc tələbə Arzu və xəyalları puç olmuş Qarabağ müharibəsi veteranı Rafaelin sevgisindən bəhs edir.
Festivallar və mükafatlar “İçəri şəhər” bədii filmi 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 2016-cı il noyabrın 11-dən 27-dək Estoniyanın paytaxtı Tallində keçirilib. "İçəri şəhər” bədii filmi Hindistanın 7-ci "Yaşvant” beynəlxalq film festivalında nümayiş etdirilib. Festival 2017-ci il yanvarın 20-dən 26-dək Mumbay şəhərində keçirilib.“İçəri şəhər” filmi beynəlxalq festivallarda: [quruluşçusu İlqar Safat olan “İçəri şəhər” bədii filmi Hindistanın 15-ci “Pune” və 7-ci “Yaşvant” beynəlxalq film festivallarında] //525-ci qəzet.-2017.- 28 yanvar.- S.13. “İçəri şəhər” filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramı çərçivəsində Benqaluru və Maysur şəhərlərində nümayiş etdirilib. “İçəri şəhər” bədii filmi Hindistanın 3-cü “Kozhikode” Beynəlxalq Film Festivalına dəvət alıb. 2017-ci il fevralın 10-dan 16-dək Kerala ştatının Kozhikode şəhərində keçirilmiş festivalda Azərbaycanla yanaşı, Çin, İran, Böyük Britaniya, Polşa, Şri-Lanka, Cənubi Afrika, Əlcəzair və Argentina istehsalı olan filmlər nümayiş etdirilib. “İçəri şəhər” bədii filmi ABŞ-nin Texas ştatında 50-ci “Worldfest Houston” Beynəlxalq Film Festivalında “Dram” nominasiyasında “Qızıl remi” mükafatına layiq görülüb. Festivalda Təhminə Rafaella “Ən yaxşı qadın rolu”, Firdovsi Atakişiyev isə “Ən yaxşı ikinci plan kişi rolu” mükafatlarına nominant elan olunublar. Film ABŞ-nin Cənub-Şərqi Avropa Film Festivalının (SEEfest) əsas müsabiqə proqramına dəvət alıb. Bu festivalda film “Ən yaxşı bədii film”, “Ən yaxşı operator işi” və “Tamaşaçı rəğbəti” mükafatlarına nominant olub. Film Misirin 38-ci Qahirə beynəlxalq film festivalında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
Filmin heyəti Film üzərində işləyənlər Əsərin müəllifi: Ssenari müəllifi: Təhminə Rafaella, İlqar Safat Quruluşçu rejissor: İlqar Safat Quruluşçu operator: Luka Koassin Quruluşçu rəssam: Bütünay Haqverdiyev İcraçı prodüser: Ülvi Qasımov Prodüser: Müşfiq Hətəmov Bəstəkar: Geyim rəssamı: Musiqi redaktoru: Səs operatoru: Rejissor: İlqar Safat Operator: Redaktor: Rəqslərin quruluşçu: Mahnıları ifa edir: Qrim rəssamı: Qrim edən: Montaj edən: Rejissor assistenti: Operator assistenti: Dekorator: Assistent: Filmin direktoru: Çalır: Musiqi hissəsinin rəhbəri və dirijor:
Rollarda Təhminə Rafaella — Arzu Firdovsi Atakişiyev — Rafael Mehriban Zəki Elmira Şabanova Hacı Murad Yagizarov Anar Xəlilov Rafiz Mehdizadə
İstinadlar
Kateqoriya:Psixoloji dram filmləri Kateqoriya:2016-cı ilin Azərbaycan filmləri Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Zaqatalada çəkilən filmlər