Bakugöl — İrəvan quberniyasının Eçmiədzin qəzasında Alagöz dağında göl adı.

Toponim Bakugöl — İrəvan quberniyasının Eçmiədzin qəzasında Alagöz dağında göl adı. Uzunluğu 150 m, eni 145 metr, 3200 metr yüksəklikdədir. Baku Ələyəz dağının zirvələrindən birinin adıdır (hündürlüyü 3128 m). Qədim türk dillərində baku təpə, baqu cərgə təpələrДревнетюркский словарь. М., 1969.Гордлевский В.А. Сочинения, том. Ш. və azərbaycanca göl sözlərindən ibarətdir. Təpəlik yerdə göl mənasındadır. XX əsrin 30-cu illərində fərmanla ermənicə Baqu — Liç adlandırılmışdır. 936-cı ilin ərəb mənbəyində adı çəkilən Bakı (qədim forması Baku) şəhərinin adı ilə mənaca eynidir. XIX əsrdə Şimali Qafqazda Dağıstan əyalətinin Teymurxan-Şura dairəsində Baku-tala, Kuban əyalətinin Eysk dairəsində Bakay-Aci-Aul, Teymurxan-Şura dairəsində Bakay-Kiçiklik (dağ burnu)Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. toponimləri ilə sıra təşkil edir. Ehtimal ki, Zəngəzurda əhalisi azərbaycanlılardan ibarət Vaqazin kəndinin adı da Bakay və türk dillərində sin dağ beli sözlərindəndir. Bir mənbədə qeyd olunur ki, Alban çarı Vaçaqan (bu, III Vaçaqandır) 500-cü ildə Bakını qızı Varsenikə bağışlamışdır.

Həmçinin bax İrəvan quberniyası Alagöz dağı Eçmiədzin qəzası

İstinadlar

Ədəbiyyat Budaqov B.Ə. Azərbaycan coğrafi terminlərinin bəzi məsələlərinə dair. "Azərbaycan SSR EA Xəbərləri" (Yer Elmləri Seriyası), 1959, № 7. Budaqov B.Ə. Azərbaycan toponimlərinin problemləri. "Azərbaycan onomastikası problemlərinə dair". Bakı, 1986. * Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. "Didərginlər" məcmuasi. Bakı, 1990 Budaqov B.Ə. Türk uluslarının yer yaddaşı. Bakı, "Elm", Bakı, 1994.

Kateqoriya:Ermənistan gölləri