Askin mağarası () — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının ərazisində olan karst mağarasıASKİN MAĞARASI . ensiklopediya.gov.az . Cənubi Uralda çanta formasında olan böyük bir boşluqda yerləşir. Bu, bütün Rusiya üçün əhəmiyyəti təbiət abidəsidir.

Ufa platosunun ətəklərində Devon yaşlı əhəngdaşılarda əmələ gəlmişdir. Dəhlizlərinin ümumi uzunluğu 206 metr, dərinliyi 34 metrdir. Tağvarı girişi (hünd. 9 m, eni 22 m) 260 metr hündürlüyündədir. Döşəməsi – demək olar ki, tamamilə çoxillik buzla örtülmüş zal (uz. 104 m, eni 40–60 m, hünd. 20 mədək) daha çox maraq kəsb edir. Askin mağarasında hündürlüyü 12 metrədək, özülünün diametri 3–10 metr olan stalaqmitlər əmələ gəlir ki, bunlar da Rusiyada ən iriləridir.

2017-ci ildən etibarən mağaraya giriş məhduddur. Belə ki, mağara, Rusiya Coğrafi Cəmiyyətinə mikroiqlimin bərpası və buzlaq qalıqlarının qorunması üçün icarəyə verilmişdir.

İstinadlar

Xarici keçidlər

Аскинская ледяная пещера Статья в Башкирской энциклопедии

Kateqoriya:Başqırdıstan mağaraları Kateqoriya:Tarixdən əvvəlki dövrdə Başqırdıstan Kateqoriya:Başqırdıstanın təbiət abidələri Kateqoriya:Kateqoriya BTMİ III