Abaşevo mədəniyyəti — Rusiya Federasiyasının Orta Volqaboyu, əsasən, indiki Mari El, Çuvaşıstan və Başqırdıstan respublikaları ərazilərində e. ə. 3-cü minilliyin sonu – 2-ci minilliyin birinci yarısında yayılmış Son Tunc dövrü mədəniyyətiABAŞEVO MƏDƏNİYYƏTİ . ensiklopediya.gov.az .
Abaşevo mədəniyyətinə aid kurqanlar ilk dəfə 1925-ci ildə Çuvaşıstan Respublikasının Abaşevo kəndi yaxınlığında V.F.Smolin tərəfindən tədqiq edilmişdir. Kurqanlarda ölülər arxası üstə, dizləri bükülmüş vəziyyətdə dəfn olunmuşlar. Qəbirlərdən həndəsi naxışlı gil qablar, mis və bürünc bəzək əşyaları tapılmışdır. Daşdan, misdən və ev heyvanlarının sümüklərindən hazırlanmış əmək alətlərinin aşkar edilməsi Abaşevo mədəniyyətinin yayıldığı ərazidə tayfaların ovçuluq, balıqçılıq, maldarlıq, əkinçilik və metal emalı ilə məşğul olmasından xəbər verir. Qaliç dəfinəsində bürüncdən düzəldilmiş ilahi fi qurları aşkar edilmişdir. Burada həmçinin kərtənkələ fiqurları, baltalar, xəncərlər, bıçaqlar və qolbaqlar tapılmışdır. Bu əşyalardan dini ayinlər zamanı istifadə edildiyi ehtimal olunur.
Son dövrlərdə aparılan arxeoloji qazıntılar nəticəsində Abaşevo mədəniyyətinə aid yaşayış yerləri yalnız Uralyanı ərazilərdə aşkarlanmışdır. Bəzi tədqiqatçıların fikrincə, Abaşevo mədəniyyəti mənşəcə Orta Dnepr mədəniyyəti ilə bağlıdır.
İstinadlar
Xarici keçidlər Монография об абашевской культуре Абашевская культура Абашевская культура Абашевская культура Список публикаций по абашевской культуре
Kateqoriya:Başqırdıstan arxeologiyası Kateqoriya:Çuvaşıstan tarixi Kateqoriya:Ural tarixi Kateqoriya:Hind-Avropalılar Kateqoriya:Avropanın arxeoloji mədəniyyətləri