thumb|253x253px|Bioko, Limbe, Kamerun Bioko (1973-cü ilədək Fernando-Po,1979-cu ilədək Masias-Ngema-Biyoqo) — Atlantika okeanının Qvineya körfəzində ada. Afrika sahilləri yaxınlığındadır; Ekvatorial Qvineyanın ərazisidir.
Sahəsi Sahəsi 2017 km2 . Uzunluğu 70 km, eni 30 km-ədək.
Əhalisi Əhalisi təqribən 258 min (2005). Bioko ölkənin daha çox məskunlaşmış hissəsidir.
Xüsusiyyətləri Bir neçə vulkan konusunun (hündürlüyü 3007 m-ədək) birləşməsindən yaranmışdır. Dağ yamacları rütubətli tropik meşələrlə örtülüdür. Piko-de-Santa-İsabel qoruğu Bioko ərazisindədir. Kakao, qəhvə plantasiyaları var; maniok, yerfındığı, şəkər qamışı becərilir. Ekvatorial Qvineyanın paytaxtı Malabo şəhəri Bioko adasındadır. 1472-ci ildə F. Ponun rəhbərlik etdiyi Portuqaliya ekspedisiyası kəşf etmişdir.
İstinadlar
Xarici keçidlər Bioko Bioloji Müxtəlifliyi Qoruma Proqramı
Həmçinin bax Cəmiyyət adaları
Kateqoriya:Qvineya körfəzi adaları Kateqoriya:Yaranmamış dövlətlər Kateqoriya:Keçmiş ingilis müstəmləkələri Kateqoriya:Keçmiş Portuqaliya müstəmləkələri