Buenos Ayres (, tərc. "Müqəddəs Üç Üqnum şəhəri və Bizim Xanımımız, Xoş küləklərin Müqəddəs Məryəminin limanı") — Cənubi Amerika materikində şəhər, Argentinanın paytaxtı. Şəhərin əsası 1536-cı ildə (bəzi mənbələrə görə 1535) ispan konkistadoru Pedro Mendosa tərəfindən qoyulmuşdur. Buenos Ayres ölkənin mərkəzi-şərq hissəsində, Cənubi Amerikanın ikinci ən uzun çayının — Parananın mənsəbinin davamı olan ən böyük körfəz Rio-de-la-Plata çayının qərb sahilində yerləşir. Şəhər 17-ci əsrdən bəri müasir qısaldılmış adını — "Buenos Ayres" adını daşıyır. Argentinada paytaxtı bəzən "müxtəlif adlara malik şəhər" adlandırırlar. Adı "Kapital Federal" () — "Federal paytaxt" ən çox istifadə edilən şəhər adlarından biridir."Buenos Ayres şəhəri" (İspan: Ciudad de Buenos Aires) və ya sadəcə olaraq "Buenos Aires" termini də tez-tez istifadə olunur, baxmayaraq ki, bu ad bəzən eyniadlı əyalətə görə yanıltıcıdır. Şəhərin adı "Buenos-Ayresin Muxtar Şəhəri" (İspanca: Ciudad Autónoma de Buenos Aires, qısaldılmış CABA) 1996-cı ildə şəhər nizamnaməsi ilə rəsmi olaraq qəbul edilmişdir. Çox vaxt danışıq dilində şəhər "Bayres" (Baires) adlanır, bu, şəhərdə (xüsusilə gənclər arasında) yayılmış orijinal formanın qısaldılmasıdır, lakin bu ad rəsmi sənədlərdə istifadə edilmir.

Qardaş şəhərlər 20px Kalyari, İtaliya 20px Madrid, İspaniya 20px Bilbao, İspaniya 20px Lissabon, Portuqaliya 20px Mayami, Amerika Birləşmiş Ştatları 20px Montevideo, Uruqvay ,Moskva , İstanbul

Həmçinin bax Vilya-Epekuyen Aluiziu Azevedu Buenos-Ayresdə terror hücumu (1994) Buenos Ayres Konvensiyası

İstinadlar

Xarici keçidlər

Rəsmi sayt

Kateqoriya:Milyon nəfərdən çox əhalisi olan şəhərlər

Kateqoriya:Hökumət