Rzayev, Ağababa Qasım oğlu(12.2.1923, Bakı – 25.12.2003 Bakı) – Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru (1968), professor (1971).
Azərbaycan Dövlət Universitetini bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. 1948-51 illərdə Azərbaycan komsomolu MK-nın təlimatçısı, Bakı şəhəri Voroşilov Rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur.
1951-56 illərdə Azərbaycan SSR Nazirlər Sovetində müxtəlif məsul vəzifələrdə çalışmış, 1956-59 illərdə Azərbaycan SSR Ədliyyə Nazirinin müavini, 1959-65 illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sovet orqanları şöbəsinin müdiri, 1965-70 illərdə Azərbaycan SSR Daxili İşlər nazirinin müavini vəzifələrində çalışmışdır. Daxili işlər polkovnikidir. 1959-65 illərdə dörd çağırış Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.
Geniş elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. Əsas tədqiqat sahəsi Azərbaycanda siyasi-hüquqi təlimlərin tarixi olmuşdur.
Əsərləri
Dərbənddən başlanan əzablı yol 1 Nəsirəddin Tusi: həyatı, elmi, dünyagörüşü 2 “Mirzə Kazım bəy” sənədli filmi Политические взгляды М. Ф. Ахундова Очерки история политико-правовых учений Азербайджана История политических и правовых учений в Азербайджане: от истоков до ХХ века, Баку: Элм, 2000.
İstinadlar
Keçidlər
Azərbaycan dilində kitabları Rus dilində kitabları
Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları