"Lalə-Tülpan" Ufa Katedral Məscidi (, ) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhəri islam mədəniyyət və təhsil mərkəzi. Məscid 7 aprel 1998 tarixində açılmışdır,Расцвёл "Ляля-Тюльпан" və müsəlman bayramlarına ev sahibliyi edir.
Tarixi Layihə yaz fəslinin simvolu olan lalə gülünə (qədim dövrdən türk xalqlarının simvolu olmuşdur) əsaslandırılmışdır. Məscidin minarələri iki qönçəni özündə birləşdirir. Məscid layihəsinin memarı V. V Davlyaşindir.Исполнилось десять лет со дня открытия мечети "Ляля-Тюльпан" Məscid möminlərin ianələri və Başqırdıstan Respublikası hökumətinin köməyi ilə inşa edilmişdir.Владимир Путин посетил православный храм близ Уфы и мечеть "Ляля-Тюльпан".// Официальный сайт Президента Российской Федерации. İnşaat 1989-cu ildə başlamış, 1998-ci ildə isə başa çatmışdır. Layihə "BNZS" tresti tərəfindən həyata keçirilmişdir. 1999–2005-ci illərdə Rusiya İslam Universiteti məscidinin binasında yerləşirdi. 2001-ci ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiya Şeyxülislamı Müfti Təlqat Tadjuddin ilə məscidin mədrəsəsində görüşmüşdür.
Məscidin xüsusiyyətləri Məscid daşdan hazırlanmışdır. Məscid hər biri 50×50×21 metr ölçüsündə olan 3 mərtəbədən ibarətdir. Məscidin memarlıq kompozisiyasının əsasını təşkil edən obraz çiçəklənən lalədir. Məscidin əsas girişinin hər iki tərəfində 53 metr hündürlüyündə olan lalə qönçələr şəklində iki səkkizguşəli minarələr mövcuddur.
Məscidin girişi, lobbinin ve 300 nəfərlik ibadət zalının qadınlar üçün olan balkonunun (200 nəfərlik) olduğu üçüncü mərtəbədə yerləşir. Namaz zalı şərq üslubunda bəzədilmişdir. Namaz zalının divarlarındakı çiçəklər və vitraj pəncərələr cənnət ağaclarının çiçəklərini simvollaşdırır. Məscidin şüşə divarları mərmər və serpentinlə qarşı-qarşıya qalır. Zalın döşəməsi, keramika plitələr və xalça ilə örtülmüşdür. Zalda kristal avizələr var.
Məscidin birinci və ikinci (terrasız) mərtəbələrində qonaq otağı və nikah mərasimi, məshasibata görüşləri keçirilən zallar var. Məsciddə yetkinlər və uşaqlar üçün mədrəsə və bazar günü məktəbləri, 100 nəfərlik sinif otağı, 60 nəfərlik bir yataqxana, yeməkxana və 130 nəfərlik konfrans zalı var. Məscidin ümumi tutumu 1,000 nəfərdir.
İmam-xətibləri Q. Valeyev (1999-cu ildən) M. Tadjuddinov (2000-ci ildən)
İstinadlar
Xarici keçidlər Валиева Р. М. Ляля-Тюльпан. // Башкирская энциклопедия "Ляля-Тюльпан" в каталоге мечетей России "ИсламЦентр" 1080p HD
Həmçinin bax Uçalı məscidi Zaynulla Rasulev məscidi Həmzə-Hacı məscidi
Kateqoriya:1998-ci ildə yarananlar Kateqoriya:Başqırdıstan məscidləri Kateqoriya:Ufa məscidləri