Tatar Milli Azadlıq İttifaq Partiyası (, ) 1990-cı ilin aprel ayında Tatarıstan MSSR-da əsası qoyulan siyasi partiya. 3 yanvar 1992-ci il tarixində rəsmi olaraq qeydiyyatdan keçmişdir. İttifaq Tatarıstanda yaradılmış ilk qeyri-kommunist partiya olaraq tarixə keçmişdir. Bu ad Çar Rusiyasının parlamentində (Duma) müsəlman partiyası olmuş İttifaqi-əl-Müslimin partiyasının şərəfinə verilmişdir.

Partiya aşağıdakı vəzifələri yerinə yetirməyi qarşısına məqsəd qoymuşdur: Tatar xalqının dirçəlişi; Tatar dövlətçiliyinin bərpası; Tatar dövlətinin beynəlxalq birlik tərəfindən tanınması.

Partiyanın lideri Fəvziyə Bayramovadır. O, bu partiyaya 20 ildən daha çox müddətdir ki, rəhbərlik etməyə davam edir. İttifaq Partiyasının mətbu orqanı 1993–1998-ci illər aralığında fəaliyyət göstərmiş "Altın Urda" qəzeti olmuşdur.

Həmçinin bax Tatarlar İttifaqi-əl-Müslimin

İstinadlar

Kateqoriya:Tatarıstan tarixi