"Mavi balina" () — Rusiyada ortaya çıxan şəhər əfsanəsi. İddialara görə, oyun 50 təlimatdan ibarətdir və son təlimatda oyunçudan intihar etməsi istənilirMavi Balina oyunu nedir, çocukları intihara mı sürüklüyor? sozcu.com.tr, 11.09.2017 .

Bu məsələ ilə bağlı məlumatın KİV-lərdə yayılması əxlaqi təşviş ilə nəticələnmişdi.«Группы смерти»: от игры к моральной панике, Aleksandra Arxipova, Mariya Volkova, Anna Kirzyuk, Yelena Malaya, Darya Rudçenko, Yelena Yuqay

Tarixi 2013-cü ildə "VKontakte" sosial şəbəkəsində F57 adlı bir "ölüm qrupu" fəaliyyət göstərməyə başlamışdıАдминистратор "групп смерти". Чистосердечное признание (АУДИОЗАПИСЬ). saint-petersburg.ru, 15.11.2016 . Bu oyunun səbəbindən ilk intihar 2015-ci ildə qeydə alınmışdırBaleia Azul, o jogo suicida que preocupa o Brasil e o mundo. jb.com.br .

Oyunu universitetdən qovulmuş psixologiya fakültəsinin keçmiş tələbəsi Filip Budeykinin yazdığı məlumdurRus 'intihar oyunu' organizatörü Philipp Budeikin suçunu kabul etti. bbc.com, 12.05.2017 . Oyun səbəbindən "ən azı 16 uşağı intihara təşviq etmək" günahından həbs olunan Budeykin, "cəmiyyəti bioloji zibillərdən təmizləmək" məqsədilə bu oyunu yaratdığını bildirmişdir. O, intihara meyilli şəxslərdən ibarət 8 müxtəlif qrup yaratmaqda ittiham edilmişdirBU OYUNA BAXIB İNTİHAR EDİRLƏR . cbc.az, 26.04.2017 .

Rusiyanın "Novaya" qəzetinin çap etdiyi iddiasına görə, 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 gənc bu oyunun təsirindən intihar etmişdirUşaqları intihara məcbur edən MAVİ BALİNA oyunu Azərbaycanda da yayılır . xeberle.com, 22.09.2017 .

Mədəni təsir

İstifadə edilən şantaj sistemindən "Qara ayna" () teleserialının "Sus və rəqs et" () adlı bölümündə istifadə olunduğu ortaya çıxıb. Həmin filmdə veb kameradan çəkilən gizli gönüntülərin yayımlama təhdidi edən hakerlər qurbanları müxtəlif cinayətlər törətməyə məcbur edirdilər.

İstinadlar

Kateqoriya:Əxlaqi təşviş Kateqoriya:Çellenclər Kateqoriya:2013-cü ildə Rusiyada yarananlar Kateqoriya:İntihar və internet Kateqoriya:Kütləvi intiharlar Kateqoriya:2016-cı ildə yaranan saytlar Kateqoriya:Kibercinayət Kateqoriya:Şəhər əfsanələri