9-cu Ordu Osmanlı Ordusunun tabeçiliyində olmuş ordulardan biridir. Birinci Dünya müharibəsi ərzində Qafqaz cəbhəsində rus və erməni birləşmələrinə qarşı mübarizə aparmışdır. 7 iyun 1918-ci ildə əsası qoyulmuş, 3 aprel 1919-cu ildə ləğv olunmuşdur.

Birinci Dünya müharibəsi

iyun 1918-ci il Döyüş Nizamı 1918-ci ilin iyun ayına olan məlumata əsasən, ordu aşağıdakı şəkildə formalaşmışdır:Edward J. Erickson, Order to Die: A History of the Ottoman Army in the First World War, Greenwood Press, 2001, ISBN 0-313-31516-7, p. 188. 9-cu Ordu (Mirliva Yaqub Şevki Paşa) 1-ci Qafqaz Ordu Korpusu (Mirliva Kazım Qarabəkir Paşa) 9-cu Qafqaz Piyada diviziyası, 10-cu Qafqaz Piyada diviziyası, 15-ci diviziya 4-cü Ordu Korpusu (Mirliva Əli İhsan Paşa) 5-ci diviziya, 11-ci diviziya, 12-ci diviziya Müstəqil Süvari briqadası

sentyabr 1918-ci il Döyüş Nizamı 1918-ci ilin sentyabr ayına olan məlumata əsasən, ordu aşağıdakı şəkildə formalaşmışdır:Edward J. Erickson, Order to Die: A History of the Ottoman Army in the First World War, Greenwood Press, 2001, ISBN 0-313-31516-7, p. 197. 9-cu Ordu 9-cu Qafqaz diviziyası, 11-ci Qafqaz diviziyası, 12-ci diviziya, Müstəqil Süvari briqadası

Mudros müqaviləsindən sonra

noyabr 1918-ci il Döyüş Nizamı 1918-ci ilin noyabr ayına olan məlumata əsasən, ordu aşağıdakı şəkildə formalaşmışdır:Edward J. Erickson, Order to Die: A History of the Ottoman Army in the First World War, Greenwood Press, 2001, ISBN 0-313-31516-7, p. 202. 9-cu Ordu 3-cü Qafqaz diviziyası (Axıska) 9-cu Qafqaz diviziyası (Ərzincan) 10-cu Qafqaz diviziyası (Batumidən İstanbula keçmişdir) 11-ci Qafqaz diviziyası (Xoy) 36-cı Qafqaz diviziyası (Gümrü) 12-ci Qafqaz diviziyası (Sərdarabad) Müstəqil Süvari briqadası

9-cu Ordu Müfəttişliyi, may 1919-cu il 1919-cu ilin aprelində Şevkət Turqut Paşa, Cavad Paşa və Fevzi Çaxmaq Paşa İstanbulda gizli yığıncaq təşkil edirlər. Bu yığıncaqda "Üçlü And" adlanan hesabat hazırlanır və Vətənin müdafiəsi üçün ordu müfəttişliyinin qurulmasına icazə verilir. 30 aprel 1919-cu ildə Sultan VI Mehmed Baş Qərargah rəisi tərəfindən təklif olunan ordu müfəttişliklərinin qurulması barəsində olan qərarı təsdiqləmişdir. Müfəttişliklər təşkil olundu və rəhbərliyə aşağıdakı komandanlar gətirildi:Zekeriya Türkmen, Mütareke Döneminde Ordunun Durumu ve Yeniden Yapılanması (1918–1920), Türk Tarih Kurumu Basımevi, 2001, ISBN 975-16-1372-8, p. 105. 1-ci Ordu Hərbi Müfəttişliyi (İstanbul, Fevzi Çaxmaq Paşa); İldırım Ordusu Hərbi Müfəttişliyi (Konya, Camal Mərsinli, sonradan 2-ci Ordu Hərbi Müfəttişliyi) 9-cu Ordu Hərbi Müfəttişliyi (Ərzurum, Mustafa Kamal Paşa, sonradan 3-cü Ordu Hərbi Müfəttişliyi)

Həmçinin bax Osmanlı ordusu Birinci Dünya müharibəsi Qafqaz cəbhəsi

İstinadlar

Kateqoriya:Osmanlı imperiyası Kateqoriya:Birinci Dünya müharibəsi