Oqtay Mirzəbaba oğlu Ağayev () — keçmiş sovet voleybolçusu, SSRİ yığmasının və Burevestnik klubunun oyunçusu. Azərbaycan Voleybol Federasiyasının keçmiş vitse-prezidenti. SSRİ idman ustası.

Həyatı Oqtay Ağayev Azərbaycan voleybolunun yetirməsidir. Toppaylayıcı mövqeyində çıxış edib. 1958-ci ildə SSRİ millisinin heyətində Avropa çempionatının bürünc mükafatçısı olub.

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti olub.

Uzun sürən xəstəlikdən sonra 15 avqust 2014-cü ildə vəfat edib.

Təltifləri SSRİ idman ustası — "Şöhrət" ordeni — 06.04.2001 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü — 2002Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında

İstinadlar

Kateqoriya:SSRİ voleybolçuları Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri