Hafiz Haqqı Paşa (24 aprel 1878, Ədirnə — 15 fevral 1915, Ərzurum) — Osmanlı ordusunda xidmət etmiş hərbçi.

Hərb məktəbində Ənvər Paşa, Mahmud Kamil Paşa və Fəxrəddin Paşa ilə eyni sinifdə təhsil almışdır. Bu məktəbdə ilk sinfini ikinciliklə, 5 dekabr 1902-ci ildə son sinfini isə birinciliklə bitirmişdir. Sultan V Muradın nəvələrindən biri olan Behiyə Sultanla (Mehmed Səlahəddin Əfəndinin qızı) ailə həyatı qurmuşdur. 1912-ci ildə Balkan müharibələrində iştirak etmişdir. "Vicdani" təxəllüsü ilə qəzetlərdə müxtəlif məqalələrin müəllifi olmuşdur. "Şanlı Əsgər" adlı kitabın müəllifidir.

3-cü Ordunun tərkibində rus və erməni birləşmələrinə qarşı Sarıqamış döyüşündə iştirak etmişdir. Döyüş ərzində Ənvər Paşanın rəhbərliyi altında olan birliklərin qeyd olunan hədəflərə qısa müddət ərzində çatmasına baxmayaraq, Haqqı Paşanın rəhbərliyi altında olan birliklər əsas hədəflərinə çata bilmədi və nəticədə döyüş əməliyyatı türklər üçün uğursuz oldu. Bu məğlubiyyətdən sonra Ənvər Paşa 3-cü Ordunun idarəçiliyini Hafiz Haqqı Paşaya təhvil verərək İstanbula qayıtmışdır. Haqqı Paşa da bundan bir neçə həftə sonra 1915-ci ildə Ərzurumda vəfat etmişdir.

Həmçinin bax 3-cü Ordu Osmanlı ordusu Sarıqamış döyüşü

Kateqoriya:Ədirnədə doğulanlar Kateqoriya:Ərzurumda vəfat edənlər Kateqoriya:Osmanlı paşaları