Bernhard Riman (; ) — alman riyaziyyatçısı. Kompleks dəyişənli funksiyalar nəzəriyyəsində həndəsi istiqamətin əsasını qoymuşdur. O, həndəsəyə istənilən bircins obyektlərin kəsilməz yığımı haqqında təlim kimi baxmış, kəsilən funksiyaları öyrənmişdir. Riyaziyyata Riman fəzası adlanan fəza daxil etmiş və onun nəzəriyyəsini (Riman həndəsəsi) yaratmışdır; diferensial tənliklər nəzəriyyəsi, triqonometrik sıralar, inteqral hesabı sahələrində çalışmışdır."Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.611
Həyatı 1826-cı ildə doğulub.
1866-cı ildə vəfat edib.
Fəaliyyəti
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Almaniya riyaziyyatçıları Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Vərəm xəstəliyindən ölənlər Kateqoriya:XIX əsrin fizikləri Kateqoriya:XIX əsr riyaziyyatçıları Kateqoriya:Almaniya fizikləri Kateqoriya:Almaniya lüteranları