Aleksandr Bloxin (; doğ. 12 yanvar 1951, İvanovo, RSFSR, SSRİ) — Rusiya dövlət xadimi, diplomat. Fövqəladə və Səlahiyyətli səfir (1996).
Həyatı Aleksandr Bloxin 1951-ci il yanvarın 12-də İvanovo şəhərində anadan olub. O, əmək fəaliyyətinə "İvtorfmaş" zavodunda adi işçi kimi başlayıb. 1974-cü ildə V.İ. Lenin adına İvanovo Energetika İnstitutunu bitirib. 1974-1977-ci illər arasında Kirov şəhərində yerləşən "Fizpribor" zavodunda baş mühəndis, rəis müavini, sex rəisi və zavodun baş energetikinin müavini işləyib. 1977-1978-ci illərdə SSRİ Müdafiə Nazirliyinin xətti ilə Monqolustanda ezamiyyətdə olub. 1978-1980-ci illərdə İvanovo tikiş birliyinin baş mexaniki olub. 1980-1983-cü illərdə doğma institutunda aspirantura təhsili alıb. 1983-1990-cı illərdə Şelkovski biokombinatının baş mühəndisi olub. 1990-1993-cü illərdə RSFSR xalq deputatı olub.
1992-ci ildən Rusiya XİN-də diplomatik xidmətdədir. İngilis dilini bilir. 26 iyun 1995 — 6 yanvar 2000 — Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri. 6 yanvar — 7 may 2000 — Rusiya Federasiyasının Federasiya İşləri və Milli Məsələlər üzrə naziri. 18 may 2000 — 17 oktyabr 2001 — Rusiya Federasiyasının Federasiya İşləri, Milli və Miqrasiya Siyasəti naziri. 26 iyul 2002 — 14 iyul 2005 гг. — Rusiya Federasiyasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri. 10 noyabr 2005 — 29 iyun 2010 — Rusiya Federasiyasının Avstraliyadakı Fövqəladə və Səlahiyyətli səfiri. 31 yanvar 2006 — 29 iyun 2010 — Əvəzçilik üzrə Rusiya Federasiyasının Ficidəki Fövqəladə və Səlahiyyətli səfiri. 6 fevral 2006 — 29 iyul 2010 — Əvəzçilik üzrə Rusiya Federasiyasının Vanuatudakı Fövqəladə və Səlahiyyətli səfiri. 14 mart 2006 — 29 iyun 2010 — Əvəzçilik üzrə Rusiya Federasiyasının Naurudakı Fövqəladə və Səlahiyyətli səfiri. 5 may 2011-ci ildən — Rusiya Federasiyasının Türkmənistandakı Fövqəladə və Səlahiyyətli səfiri.
Şəxsi həyatı Ailəlidir, bir qızı var.
Diplomatik rütbəsi 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi (6 mart 1995). Fövqəladə və səlahiyyətli səfir (29 oktyabr 1996).
İstinadlar
Xarici keçidlər Persons.ru saytında bioqrafiyası
Kateqoriya:Rusiya diplomatları Kateqoriya:Rusiya Federasiyasının Azərbaycandakı səfirləri Kateqoriya:İvanovoda doğulanlar Kateqoriya:Rusiyanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:XXI əsrin diplomatları Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:XX əsrin diplomatları