Pirzadlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Pirzadlı kənd adı XIX əsrin əvvəllərində 4 ailədən ibarət kiçik bir maldar elin adındandır.

Çox güman ki, Pirzadlı obası öz adını Pirzad şəxs adından almışdır. Müasir dövrdə eyni tipli Şirzad şəxs adının olması Pirzadın antroponim olması fikrini təsdiqləyir. Şirzad farsca "şir balası", "şirdən doğulmuş"(1, 58) mənasındadır. Pir sözünün fars dilində "qoca, yaşlı kişi", "təriqət başçısı" və müqəddəs hesab edilərək ziyarət olunan "qəbir", "ocaq", "ağac" mənalarını verdiyini yuxarıda qeyd etmişdik. Pirzad çox güman ki, "təriqət başçısının oğlu" və ya "ocaq oğlu" anlamındadır.

Tarixi Hüsülü eli ilə bir yerdə köçərilik edirdi. Mənşəcə bu el Qarabağın Kəbirli tayfasına mənsub oymaqdır.

Bu tayfa mənşəcə erkən orta əsrlərdə Qarabağda məskunlaşmış Xəzərlərin Kəbər tayfasının adını əks etdirir. Qeyd etmək lazımdır ki, XIX əsrin ortalarına aid mənbədə bu elin adı məhz Kəbər kimi qeyd olunmuşdur.

Bu el Qərvəndli, Ulubabalı, Qızılməmmədli və Arıq Məmmədli qollarından və 40 tirədən ibarət olmuşdur: Qərvəndli, Sarıqlılar, Ətyeməzli, Qarayusifli, Sofilər, Ballılar, Mərəbasanlar, Bozallar, Ağahüseynlər, Dəymədağıldılar, Hacıtapdıqlar, Xanılar, Əmirallar (bu tirənin özü Tatalılar, Allahyarlı, Aşıqlı, Molla Bünyadlı, Məmmədhüseynli, Hacı- həsənli nəsillərinə bölünürdü). Cəfərbəyli, Hacıallahverdilər, Qarasaqqallı, Kəzkərməlilər, Çopuralılar, Hacı Fətəlilər, Doluşdular, Pornəklər, Qazoluqlar, Pərioğullar, Hacıbədəlli və b.

Digər məlumata görə Kəbir eli Qərvəndli Kəbirlisi və Xoruzlu Kəbirlisinə ayrılır. Arıq Məhəmmədəli və Qızıl Məhəmmədli isə Qərvəndli Kəbirlisindən ayrılmalıdır. Ulubabalı qolu Şirvandan gəlmə hesab olunur. Orta əsrlərdə 850 ailədən ibarət olmuş Kəbirli eli "Kəbirli yeri" adlanan ərazidə (İmişli, Ağcabədi, Cəbrayıl rayonlarındakı Qaraçuq dağına qədər) yaşamışdır.B.Budaqov, Q.Qeybullayev. Yuxarı Qarabağın Toponimləri Bakı, 2005

Pirzadlı XIX əsrin əvvəllərində kəbirli tayfasına mənsub kiçik bir elatın adı olmuşdur. Qarabağın Kəbirli elinin XVIII əsrin sonu, XIX əsrin əvvəllərindəki obaları əsasən bunlar olmuşdur: Çəmənli – Hətəmxan, Çəmənli – Hacıtahir, Novruzlu, Seyidli, Qərvənd – Ağakişibəy, Əhmədavar, Qurd – Qaradağlı, Qurd – Dördlər, Qurd – Gürcüstan, Qurd – Bərdə, Qaibalılı, Əfətli, Tərəkəmə — Cəfərbəyli, Tərəkəmə — Məhəmmədlibəyli, Qiyaməddinli, Yusifcanlı, Mərzili, Saibalılı, Abbasqulu bəy, Saibalılı – Zeynalabdinli, Hüsülü, Pirzadlı, Rəncbərlər, Pərioğlular, Kələbədin, Şelli, Minaxurlu, Tərəkçi Tatar, Tərəkəmə Əhmədağalı, Tərəkəmə — İmamqulubəyli, Hacıvəlilər və başqaları (12, 224).,

Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə işğal olunub.

2020-ci il Qarabağ Atəşkəs Bəyanatına uyğun olaraq 20 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə qaytarılıb.

Həmçinin bax Saybalı Poladlı (Ağdam) Abdal (Ağdam)

İstinadlar

Xarici keçid https://aghdamnewsnet.

Kateqoriya:Ağdam rayonunun kəndləri Kateqoriya:Ağdamın Bağbanlar kənd inzibati ərazi dairəsi