Mənəvi Dəyərlərin Təbliği Fondu — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan və Azərbaycan Respublikasında mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir.
Tarixi 250px|right|thumb|Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatı Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmışdırMənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı . president.az, 10.10.2017. Elə həmin fərmanla "Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi" təsdiq edilmişdirMənəvi Dəyərlərin Təbliği Fondunun NİZAMNAMƏSİ . president.az, 10.10.2017.
Maliyyələşməsi Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır.
Fondun nizamnamə kapitalı 100 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi Fondun əmlakı hesabına – dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir.
Direktorları Mehman İsmayılov — 22.12.2017 — 05.07.2024 Vüsal Göyüşov — 05.07.2024 — ...
İstinadlar
Kateqoriya:10 oktyabrda yarananlar Kateqoriya:2017-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycanın dövlət təşkilatları Kateqoriya:Azərbaycan fondları Kateqoriya:Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi