Pərviz Oqtay oğlu Şahbazov () — dövlət xadimi, diplomat, Azərbaycan Respublikasının Energetika naziri.

Həyatı Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1988–1989-cu illərdə hərbi xidmətdə olub.

Təhsili 1986–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub. İngilis, alman və rus dillərini bilir.

İş təcrübəsi 1991–1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992–1996-cı illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996–1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997–1998-ci illərdə birinci katib, 1998–2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib. 1998–2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından 2016-cı ilin sentyabrına qədər Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri olmuşdur. 12 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının energetika naziri təyin edilib.

Ailəsi Ailəlidir, iki övladı var. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İşlər sabiq müdiri Oqtay Şahbazovun oğludur.

İstinadlar

Kateqoriya:Azərbaycanın energetika nazirləri Kateqoriya:Azərbaycanın Almaniyadakı səfirləri Kateqoriya:Azərbaycan diplomatları