Böyük Dəllər - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı.Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.

Tarixi 1828-1832-ci illərdə kənddə ermənilər də məskunlaşmışdır.

Əhalisi 1886-cı ilə aid məlumata görə kəndin əhalisi türklərdən və ermənilərdən ibarət idi.Парвицкий А.В. Экономический быт государственных крестьян северо-восточной части Новобаязетского уезда Ериванской губернии. «Материалы для изучения эконгомического быта государственных крестьян Закавказского края», том IV. Тифлис, 1886. XX əsrin 20-ci illərində Azərbaycan türkləri tədricən sıxışdırılmışdır

Toponimi Kənd ermənicə Mets Sepasar adlandırılmışdır. XVII əsrin əvvəllərinə aid erməni mənbədə Kotak (Dərəçiçək) mahalında Dolular kimi qeyd olunmuşdurСимеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М., 1958.. XIX əsrdə Qars əyalətinin Kaqızman dairəsində DəlilərПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913, Azərbaycanda Ağsu, Saatlı və Şamaxı rayonlarında, Gürcüstanın Dmanisi r-nunda Dəllər kənd adları ilə mənşəcə eynidir. Telələr adından fonetik formadır. Qədim türk mənşəli Tele tayfasının adını əsk etdirir. V əsrdə 100 min alaçıqdan ibarət tele tayfası İrtış çayının keçərək qərbə doğru hərəkət etmiş və Cənub-Şərqi Avropa çöllərinə gəlmişdir. Burada onlar qıpçaqlara qarışmışlar. Ehtimal ki, qıpçaqların tərkibində erkən orta əsrlərdə Cənubi Qafqaza gəlib məskunlaşmışlarГейбуллаев Г.А. Топонимы Азербайджана. Баку, 1986.Гейбуллаев Г.А. О происхождении некоторых этнонимов Азербайджана (Деллер, Тулу, Тиркеш, Шадылы, Туба, Тулус, Чалган, Кузанлы). ДАН Азерб. ССР, 1978, № 1.

İstinadlar

Kateqoriya:İrəvan qəzasının kəndləri