Sooronbay Şərif oğlu Ceenbekov (; ) — Qırğızıstanlı siyasətçi və dövlət xadimi, Qırğızıstan Respublikasının 18-ci Baş Naziri (13 aprel 2016 – 22 avqust 2017); Qırğızıstan Respublikasının 5-ci Prezidenti (24 noyabr 2017 – 15 oktyabr 2020). Qırğızıstanda 2017-ci ilin oktyabr ayında keçirilmiş prezident seçkilərində Sosial Demokrat Partiyasının namizədi kimi iştirak etmiş və Prezident seçilmişdir. 2016-cı ilin aprel ayından, 2017-ci ilin avqust ayına qədər Qırğızıstan Respublikasının Baş Naziri vəzifəsini icra etmişdir. Jeenbekov 15 oktyabr 2020-ci ildə prezident vəzifəsindən istefa etdi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırğızıstan prezidentləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Kolxoz sədrləri Kateqoriya:Qırğızıstan baş nazirləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri