Florida cərəyanı — Atlantik okeanın ərazisindən keçən isti dəniz cərəyanı. Amerikanın cənub-şərq sahillərindən hərəkət edir. Karib cərəyanının davamıdır. Şərqə doğru istiqamətlənərək Florida boğazından keçir. Bundan sonra Baham adaları sahillərinə yönəlir. Burada Antil cərəyanı ilə birlikdə Qolfstrim cərəyanını əmələ gətirir. Sürəti 1,8 m/s təşkil edir.

Mənbə Florida cərəyanının Florida boğazında ölçülməsi

Kateqoriya:Atlantik okean cərəyanları