Mixail (İsmayıl) Kəbiroviç Xakimov () — Sovet İttifaqı Qəhrəmanı.
Mixail 1916-cı ildə Bakıda anadan olmuşdur. Tatardır. Böyük Vətən müharibəsinədək Bakının Keşlə qəsəbəsindəki Tramvay küçəsinin 16 saylı evində yaşamışdır. Ordu sırlarına 1941-ci ildə çağırılmışdır.
M. Xakimovun hərbi tərcümeyi-halı maraqlıdır. O, özü bu haqda yazırdı: "1938-ci ildə Belaya Serkov şəhərində xidmət edirdim. Ukraynalı Mixail Pençukla dostlaşmışdım. Xidmət müddəti qurtardıqdan sonra biz ayrıldıq. 1942-ci ildə soyuq qış günlərinin birində Poti şəhərində yenidən görüşdük. Bir dəfə siyasi rəhbər söhbət zamanı qeyd etdi ki, cəbhə dostlarından biri həlak olduqda digəri əbədiləşdirmək naminə onun adını özünə götürür. Biz də Mixaillə and içdik. Tezliklə Mixail Kiçik torpaqda həlak oldu. Beləliklə, adımı Mixail qoydum."Məzahir Abbasov. Sovet İttifaqı Qəhrəmanı Əmi Məmmədov. Bakı. Gənclik 1975.
Batalyonda Əmi Məmmədovu, Nikolay Petruxini, Pavel Osipovu, Mixail Xakimovu həmyerlilər adlandırırdılar. Desantın hər bir iştirakçısı cəsarət zirəklik, təcrübə, igidlik "süzgəcindən" keçirilirdi. Desantçı dənizçilərinin ilk dəstəsi Mariupol limanına çıxanda yarı dağılmış binada gizlədilən düşmən topu ona atəş açdı. Xakimov tank əleyhinə qumbara ilə topu və topçuları tələf etdi. Yaralansa da şəhər faşistlərdən azad olana qədər vuruşdu. Desantın sağ qalan dənizçilərini əlləri üstünə götürüb apardılar. Nikolayev ugrunda döyüşləri M. Xakimov xatirələrində belə qeyd edir: "Əvvəlcə bizi yaxınlıqdakı evlərə gətirdilər, sonra hərbi xəstəxanaya apardılar. Cəmi 11 nəfər qalmışdıq".M. K. Xakimov. "Nikolayevə çıxarılan desant"."Sovetskaya Tatariya" qəz. 24.04.1970
SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 20 aprel tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
1948-ci ildə Kazan şəhərinə köçmüşdür.
İstinadlar
Kateqoriya:Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər