() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Kiçik Qafqaz sıra dağlarının şimal hissəsində yayılmışdır.

Botaniki xarakteristikası 40–60 sm hündürlükdə, sıxbudaqlı, yarpağını tökən koldur. Tikanları 2–3,5 sm uzunluqda, kənara yönələn, boz tüklüdür. Yarpağı 4–6 cütə qədər olub, neştərvari formada, ağ və sarımtıl tüklüdür. Yarpaqaltlıqları yumurtavari, ağ və sarımtıl tüklüdür. Çiçəyi yarpağın qoltuğunda 2 (3) ədəd olmaqla, birillik budaqların ucunda başcıqvari, şaraoxşar, 1–1,2 sm uzunluqda çiçək qrupu əmələ gətirir. Çiçəkaltlığı kasacığın uzunluğuna bərabərdir. Kasacığı 5 mm uzunluqda, qalın, ağ, sarımtıl tüklüdür. Tacı sarımtıl, 2 dəfə kasacıqdan uzundur. İyun-iyul aylarında çiçəkləyir, avqustda meyvəsi yetişir. Meyvəsi uzunsov, sıx, yaxud az tüklüdür.

Ekologiyası Orta dağ qurşaqlarında, tək-tək hallarda isə yuxarı dağ qurşaqlarında bitir. Daşlı, qayalı yerlərin quru yamaclarında bitir.

Azərbaycanda yayılması Kiçik Qafqaz sıra dağlarının şimal hissəsində, Naxçıvanda rast gəlmək olar. Xırdabaşlıqlı astrakanta başqa növlərə nisbətən Azərbaycanda az yayılmışdır.

İstifadəsi Qatran vermək qabiliyyətinə malikdir.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:İraq florası Kateqoriya:Türkiyə florası Kateqoriya:İran florası Kateqoriya:Bolqarıstan florası