250px|thumb|right|Boqorun mərkəzi: Prezidentin yay iqamətgahı.
Boqor
Boqor (İndon. Bogor) – İndoneziyanın Qərbi Yava əyalətinin Yava adasında yerləşən şəhər.
Şəhərin ərazisi müstəqil inzibati vahid – bələdiyyə (kota) kimi fəaliyyət göstərir. Əhalisi 949 mindən çox (2010-cu ilin iyun ayına olan məlumat), ərazisi – 118,5 kvadrat kilometrdir.
300px|thumb|right|Qərbi Yavanın daxilində Boqor
Əyalətin şimal-qərbində, ölkənin paytaxtı Cakartanın 60 kilometr cənubunda yerləşir. Mühüm iqtisadi, infrasturktur, elmi, mədəni və turistik mərkəzdir, dağ iqlimili kurort sayılır. Orta əsrlərdə Pakuan-Pacacaran adlandırılıb (indon. Pakuan Pajajaran), Sunda (indon. Kerajaan Sunda) krallığının paytaxtı olub. Holland istilası zamanı Beytenzorq (niderl. Buitenzorg) adını daşıyıb, ХIХ əsrin əvvəlində Britaniya nəzarətində olarkən Niderland Ost-Hindinin general-qubernatorunun yay iqamətgahı kimi fəaliyyət göstərib. Hal-hazırda İndoneziya prezidentlərinin yay iqamətgahıdır. Şəhərdə dünyanın ən iri və qədim botanik bağlarından biri – Boqor botanik bağı (indon. Kebun Raya Bogor), Beynəlxalq meşə araştırmaları mərkəzinin baş qərargahı yerləşir.
Tarix
Müstəmləkədən əvvəlki dövr
250px|thumb|left|Paytaxtı Pakuan olan Sunda Krallığı
Boqorun yerində yaşayış məntəqəsinin mövcud olması haqda ilk məlumat V əsrə təsadüf edir Yoseph Iskandar (1997). Sejarah Jawa Barat: Yuganing Rajakawasa (in Indonesian). Bandung: Geger Sunten. p. 14.. Həmin dönəmdə bu ərazi müasir İndoneziyanın ərazisində mövcud olmuş ilk dövlətlərdən biri – Tarumanaqara (indon. Tarumanagara) induist knyazlığının tərkibində olub "History of Bogor City". Archived from the original on 12 August 2011. Retrieved 28 May 2010.. 669-cu ildə qonşu Şrivicaidən (indon. Sriwijaya) bir sıra hərbi məğlubiyyət alan Tarumanqaranın ərazisin qalıqlarında Sunda (indon. Kerajaan Sunda) krallığı yaradılanda, müasir Boqorda yerləşən kiçik Çilivunq (indon. Ciliwung) və Çisadane (indon. Cisadane) çaylarının arasında onun paytaxtı Pakuan-Pacacaranın (indon. Pakuan Pajajaran) əsası qoyulub"Pakuan ibukota Kerajaan Sunda".
300 px|thumb|right|Tarumanqara dövrünə aid prasasti
Bir neçə əsr ərzində Pakuan-Pacacaran "Bogor" orta əsr İndoneziyasının ən iri şəhərlərindən birinə çevrilib – yerli araşdırmaçıların sözlərinə görə, əhalinin sayı 48 minə çatırdı. Maraqlısı odur ki, “Pacacaran” adı faktiki olaraq bütün dövlətə yayılıb – belə ki, İndoneziyanın və köhnə qərb tarixində Sunda krallığı daha çox məhz Pacacaran dövləti kimi qeyd olunur. Paytaxt isə sadəcə Pakuan adlandırılırdı.
Bu dönəmə aid şəhərin tarixi haqda mühüm məlumat mənbəyi prasasti (indon. prasasti) – üzərində sanskrit yazıları olan daş stela və cədvəllərdir. Prasastilər Tarumanqara və Sunda krallığında dini ayinlər üçün və rəsmi salnamələr üçün istifadə olunub.
Boqorda və onun ətrafında aşkar olunan çoxlu sayda prasastilər, mətn informasiyasının xüsusiyyətləri və forması ilə İndoneziyanın digər analoji tarixi abidələrindən gözə çarpacaq dərəcədə fərqlənir və şəhərin əsas guşələrindən sayılırlar.
IX—XV əsrlərdə paytaxt mütəmadi olaraq Pakuandan krallığın digər şəhərlərinə keçririlirdi və şəhərin əsası qoyulma tarixi 1482-ci ilin 3 iyunu sayılır, çünki bu tarixdə Sunda kralı Silivanqi (indon. Siliwangi) paytaxtı yenidən Pakuana qaytarır və həmin gün kralın tacqoyma mərasimi həyata keçirilir. Bu səbəbdən, 1973-cü ildən bu tarix Boqorda rəsmi şəhər bayramı kimi qeyd edilir.
1579-cu ildə Pakuan Bantam sultanlığının orduları tərəfindən zəbt olunur və, demək olar ki, tamailə dağıdılır. Nəticədə Sunda dövləti süquta uğrayır. Qısa müddətdə sağ qalmış sakinlər dağıdılmış şəhəri tərk edirlər və bundan sonra onilliklər ərzində buralar boş qalır və cəngəlliklərin arasında itir.
Müstəmləkə dövrü
Niderland Ost-Hind şirkətinin hakimiyyəti altında
250px|thumb|left|Beytenzorqu təsis edən general-qubernator Qustaf Villem van İmhoff
XVII-ci əsrin ikinci yarısında tərk edilmiş Pakuan, qərbi Yavanın ərazisinin əksər hissəsi kimi, formal olaraq Banten sultanlığının suverenitetində qalmasına baxmayaraq, faktiki Niderland Ost-Hind Şirkətinin (NOHŞ) nəzarəti altına keçirdi.
Rəsmi olaraq şəhər hollandların hakimiyyəti altına 1684-cü ilin 17 aprelində keçir. Bu tarixdə Bantenin vəliəhdi NOHŞ-la saaziş imzalayaraq, sultanlığın mühüm hissəsini müstəmləkəçilərə verdi.
Burada müstəmləkəçilərin ilk müvəqqəti yaşayış yeri sundanlı olan leytenant Tanuvicainin (indon. Tanuwijaya) ekspedisiya düşərgəsi olub. 1687-ci ildə ekspedisiya şirkətin rəhbərliyi tərəfindən yeni ərazilərin mənimsənilməsi üçün buraya göndərilmişdi.
Ekspedisiyanın nəticəsi olaraq Pakuanın dağıntılarında yerləşmək və buranı təsərüffat fəaliyyəti üçün abadlaşdırmaq tapşırığı verilmişdi. Bu ərazi 1699-cu ilin 4-5 yanvarında baş vermiş Salak yanardağının (indon. Gunung Salak) püskürməsi nəticəsində ciddi dağıntılara uğramış, lakin püskürmə nəticəsində yaranan meşə yanğınları buranın cəngəlliklərdən təmizlənməsini və düyü əkimi üçün istifadə olunan tarlaların, həmçinin kofe plantasiyalarının yaradılmasını asanlaşdırmışdır. Qısa müddət ərzində Pakuan ətrafında bir sıra kənd təsərrüfatı mənətəqləri yaradılır (ən irisi Kampunq Baru (indon. Kampung Baru) və 1701-ci ildə vahid inzibati rayona birləşdirilir. Rayona rəhbərlik yixarıda qeyd olunan Tanuvicayaya verilir və təsadüfi deyil ki, o, İndoneziyada Boqor vilayətinin təsisçisi sayılır. Məntəqənin inkişafına 1703-cü ildə NOHŞ-un Abraham van Ribekin (CAR-da yerləşən Keyptaun şəhərinin banisi Yan van Ribekin oğlu, sonralar Niderland Ost-Hindinin qubernatoru təyin edilir) rəhbərliyi altında baş tutmuş missiyası təkan verir.
A.van Ribekin rəhbərliyi vı şxsi iştirakı ilə Pakuanın dağıntılarının mühüm hissəsi araşdırılıb, bir çox arxeoloji tapıntılar, o cümlədən prasastilər, aşkar edilərək siyahlya alınıb. Boqorda işləyən NOHŞ əməkdaşları və yerli sakinlər üçün yeni binalar tikilib. Parallel olaraq burada salınan kofe plantasiyalarında işləmək üçün ətraf ərazilərdən Boqora gələn kəndlilərin yaşayış məntəqələri çoxalmağa və genişlənməyə başlayır.
NOHŞ-un Pakuanın ətrafındakı iqtisadi və inzibati iştirakı genişlənməyə başlayır, çünki hollandlıları, Niderland Ost-Hindinin inzibati mərkəzi olan daha qızmar və isti Bataviyadan fərqli olaraq, bu ərazinin əlverişli coğrafi yerləşməsi və mülayim iqlim şəraiti cəlb edirdi. 1744-45-ci illərdə general-qubernatorun yay iqamətgahına çevrilmiş saray tikilir. Bu dönəmdən müstəmləkənin rəhbərləri hər il ən qızmar 3-4 ayını Bataviyada yox, məhz burada keçirirdilər.
1746-ci ildə general-qubernator Qustaf Villem van İmhoffun (niderl. Gustaaf Willem van Imhoff) sərəncamı ilə saray, ona bitişən hollandların yaşayış məntəqəsi və yaxınlıqda olan 9 yerli kənd mərkzələşdirilmiş inzibati rayona birləşdirilirlər. Bura Beytenzorq (niderl. Buitenzorg, hərfi olaraq “qayğısız”) adı verilir. Şəhərin yerli adı – Boqor haqda ilk sənədləşdirilmiş qeydlər də məhz bu dönəmə aiddir. 1752-ci il 7 aprelə aid müstəmləkə rəhbərliyinin sənədlərində qubernator sarayına bitişən Beytenzorqun hissəsi Boqor adlandırılır. Sonralar isə yerli bu ad yerli əhali arasında da yayılır və Beytenzorq sözünə alternativ olur.
250px|thumb|right|Şəkər palması
Baş hipotezaya əsasən, şəhərin adı yavan dilindəki “boqor” (indon. Bogor, tərcümədə - şəkər palması (Arenga pinnata), sözündən götürülüb və bu söz indi də həmin mənada indoneziya dilində istifadə olunur.
Digər versiyalara görə toponimin adı qədim yavan dilindəki “bhaqar” (yav. Bhagar – “inək”), və ya yerlilər tərəfindən təhrif edilmiş Beytenzorq sözündən formalaşıb. Niderland taxt-tacının hakimiyyəti altında
XVIII-ci əsrin sonunda şəhər, Niderland Ost-Hindinin bütün ərazisi ilə birgə mərhələli şəkildə NOHŞ-dan Niderland krallığının idarəsi altına keçir. 1796-cı ildi müflislik yaşayan şirkətin idarəçiliyi Ost-Hind məsələləri üzrə hökumət komitəsinə verilir, 1798-ci ildə Niderland NOHŞ-un bütün borclarını və öhdəliklərini, eyni zamanda idarə etmə hüququnu, öz üzərinə götürür.
Bu addım hansısa mühüm inzibati dəyişikliklərə yol açmır – general-qubernator əvvəlki kimi idarəçiliyini davam edir, lakin 1800-cü ildə şirkət ləğv olunandan sonra birbaşa Niderland krallığını təmsil etməyə başlayır.
Şəhərin iqtisadi və infrastruktur inkişafına gözlənilməz təkanı Niderland Ost-Hindinin 1811-15-ci illərdə müvəqqəti Böyük Britaniya işğalı altına düşməsi verdi. İngilislər Yava və arxipelaqın digər adalarına enərək onların Niderlandı işğal etmiş Napoleon Fransasının əlinə keçməsinin qarşısını almaq istəyirdilər. Britaniya administrasiyasının rəhbəri Tomas Stemford Rafflz müstəmləkənin inzibati mərkəzini tamamilə Bataviyadan Beytenzorqa keçirir və 5 il ərzində bütün Yavada olduğu kimi şəhərdə də yeni və daha effektli idarə, həmçinin təsərrüfatçılıq metodları tətbiq edir.
250px|thumb|left|Tomas Stemford rafflz
Beytenzorq hollandlara qayıtdıqdan sonra əvvəlki kimi general-qubernatorun yay iqamətgahı kimi fəaliyyət göstərməyə başladı. Beytenzorq hollandlara qayıtdıqdan sonra əvvəlki kimi general-qubernatorun yay iqamətgahı kimi fəaliyyət göstərməyə başladı. Yeni rəhbərlik şəhərin müasirləşməsi və mədəniyyətləşməsi istiqamətində mühüm işlər görməyə başladı.
1817-ci ildə, Boqorun ərazisində botanik bağ inşa olunur və gələcəkdə bu bağ dünyada ən böyüklərdən birinə çevrilir. 1834-cü ilin oktyabrın 10-da Beytenzorq Salak yanardağının növbəti püskürməsi və zəlzələ nəticəsində ciddi dağıntılara uğrayır. Şəhərin bərpası zamanı ərazinin yüksək seysmik təhlükəsi nəzərə alınmışdı və bu səbəbdən, 1840-50-ci illərdə yenidən tikilən qubernator sarayının və inzibati kompleksin binaları köhnə binalardan alçaq, lakin daha dözümlü oldular. Bundan əlavə, tikinti işlərinin davamında qubernatorun 1845-ci ilə təsadüf edən fərmanına əsasən, başqa-başqa millətlərin: hollandların (onların qismində bütün avropalılar), çinlilərin, ərəblərin (sonuncular şəhərin böyüməsi və ticari imkanların genişlənməsi ilə fəal olaraq buraya köç edirdilər) yaşayış məntəqələri, məhəllələri bir-birindən fərqli yerlərdə tikilirdi.
1860-80-ci illərdə Beytenzorqda müstəmləkənin ən iri kənd təsərrüfatı məktəbi, kimyəvi, bioloji, baytarlıq laboratoriyaları, şəhər kitabxanası, təbiət elmi muzeyi və bir sıra digər mədəni və elmi təsisat yaradılır.
XIX-cu əsrin sonuna Boqor İndoneziyanın ən abadlaşdırılmış və qərbləşmiş şəhərlərindən birinə çevrilir. 1904-cü ildə Beytenzorqa Niderland Ost-Hindinin inzibati mərkəzi rəsmi statusu verilir. Lakin bu addım formal olur və faktiki olaraq müstəmləkənin idarəçiliyi Bataviyada qalır. Müstəmləkənin əyalətlərə bölünməsini təşviq edən 1924-cü il inzibati islahatı nəticəsində bu xüsusi status ləğv edilir, sonra isə Beytenzorq Qərbi Yava əyalətinin bölgələrindən birinin mərkəzinə çevrilir.
1942-50-ci illər
250px|thumb|left|Niderland HHQ aid təyyarələr Beytenzorqun üstündən uçur. II Dünya müharibəsinin başlanğıc ərəfəsi
İkici dünya müharibəsi dövründə Beytenzorq Niderland Ost-Hindinin bütün ərazisi kimi Yaponiyanın Silahlı Qüvvələrinin əlinə keçmişdi. İşğal müttəfiq güclərin döyüşsüz şəhəri rəqibə verdiyi 6 mart 1942-ci ildən yaponların 1945-ci ilin 2 avqustda baş verən kapitulyasiyasınadək davam edib. Yaponların yerli əhali arasında apardığı nasionalist, antiholland hisslərinin stimullaşdırılması və onların simpatiyasının öz tərəflərinə yönəldilməsi kursu çərçivəsində şəhərə İndoneziya dilindəki “Boqor” adı verilir. Şəhərdə işğalçı rəhbərlik tərəfindən yaradılmış İndoneziya silahlı milisi PETA-nın (indon. Pembela Tanah Air – “Vətən qoruyucuları”) əsas hazırlıq mərkəzlərindən biri yerləşirdi.
1945-ci ilin 17 avqustunda müstəqil İndoneziya Respublikasının elan olunmasından sonra Boqor yeni dövlətin ərazi hududlarına qatılır. Lakin, yapon ordularının çıxarılmasından sonra adaya gələn hollandlar şəhər və ətraf ərazilər üzərində nəzarəti ələ keçirirlər.