2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsi () — sayca 15-ci ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 26 noyabr 2017-ci il tarixində "Shine bright" devizi altında Gürcüstannın paytaxtı Tbilisi şəhərində keçirilmişdir. Bu Avroviziya Uşaq Mahnı Müsabiqəsində bundan öncə üç dəfə qələbə qazanan Gürcüstanın müsabiqəyə ilk ev sahibliyi olmuşdur. Müsabiqəyə Helen Kalandadze və 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstanı təmsil etmiş Lizi Caparidze aparıcılıq etmişdir.

9 avqust 2017-ci il tarixdə Avropa Yayım İttifaqı 16 ölkənin Tbilisidə keçirilən müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir. Bu ölkələrdən Portuqaliya doqquz illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. 2016-cı ildə müsabiqədə iştirak etmiş Bolqarıstan və İsrail isə müsabiqəyə hazırlıq üçün zamanın çox az olduğunu səbəb göstərərək, 2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.

Keçirildiyi yer 2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsində 10 yaşlı Maryam Mamadaşvilinin "Mzeo" mahnısı ilə Gürcüstana qələbə qazandırmasının ardınca Avropa Yayım İttifaqı (AYİ) 2017-ci ilin fevral ayında Gürcüstanın növbəti müsabiqəyə ev sahibliyi edəcəyini açıqlamışdır. İndiyədək müsabiqədə üç dəfə qalibiyyət əldə etməsinə baxmayaraq, bu Gürcüstanın müsabiqəyə ilk ev sahibliyidir. 9 avqust 2017-ci il tarixdə paytaxt Tbilisidə baş tutacaq müsabiqənin 4000 nəfər izləyicini qəbul edə biləcək Tbilisi Olimpik Sarayında keçiriləcəyi açıqlandı.

İştirakçılar

№ Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 Yunanca, İngiliscə Nikol Nikolau "I Wanna Be a Star" Mən ulduz olmaq istəyirəm 16 45 02 Polyakca Alitsya Reqa "Mój Dom" Mənim evim 8 138 03 Niderlandca, İngiliscə Fource "Love Me" Sev məni 4 156 04 Ermənicə, İngiliscə Mişa "Boomerang" Bumeranq 6 148 05 Rusca Helena Meraai "I Am the One" Yalnız mən 5 149 06 Portuqalca, İngiliscə Mariana Venansio "Youtuber" Yutubçu 14 54 07 İrlandca Mürenn MakDonnell "Súile Glasa" Yaşıl gözlər 15 54 08 Makedonca, İngiliscə Mina Blajev "Dancing Through Life" Həyat boyunca rəqs 12 69 09 (ev sahibi) Gürcücə Qriqol Kipşidze "Voice of the Heart" Qəlbin səsi 2 185 10 Albanca, İngiliscə Ana Kodra "Don't Touch My Tree" Mənim ağacıma toxunmayın 13 67 11 Ukraynca, İngiliscə Anastasiya Baqinska "Don't Stop" Dayanma 7 147 12 İngiliscə, Maltaca Canluka Çiliya "Dawra Tond" Ətrafda fırlanmaq 9 107 13 Rusca, İngiliscə Polina Boquseviç "Wings" Qanadlar 1 188 14 Serbcə İrina Brodiç və Yana Paunoviç "Ceo svet je naš" Bu həyat bizimdir 10 92 15 İngiliscə İzabella Klark "Speak Up!" Danış 3 172 16 İtalyanca, İngiliscə Mariya İside Fiore "Scelgo (My Choice)" Seçirəm (Mənim seçimim) 11 86

Digər ölkələr Aşağıda adları göstərilən ölkələr daha öncə Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etsələr də, 2017-ci ildə müsabiqədə iştirak etməmişdirlər.

(2012-2013) (2003-2012) (2003-2005) (2007-2016) (2003-2005) (2004) (2003-2006)

(2012-2016) (2003-2014) (2003-2011) (2007-2011) (2010-2013) (2014-2015)

(2003-2005) (2003-2009) (2013-2015) (2014-2015) (2003-2014) (2003-2008)

Xəritə thumb|400px|center|JESC 2017 Map|İştirakçı ölkələrin xəritəsi|

İstinadlar

Həmçinin bax Avroviziya Uşaq Mahnı Müsabiqəsi Avroviziya Mahnı Müsabiqəsi

Xarici keçidlər JuniorEurovision.tv

Kateqoriya:Avroviziya Uşaq Mahnı Müsabiqəsi Kateqoriya:2017-ci ildə musiqi