() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Bütün Avropa üzrə, Qafqazda, Qərbi Türkiyədə, Şimali Afrikada və Mərakeşdə yayılmışdır.

Botaniki təsviri Hündürlüyü təxminən 1,5 m-ə çatan, möhkəm yarpaqlı, sıx yerləşmiş budaqları olan alçaqboylu koldur. Yarpaqları üç qanadlı, tünd yaşıl, parlaq, eni 4 sm-dək, üstü cod, vəzicikli tükcüklərlə örtülmüşdür. Yarpağın əks tərəfi açıq hamar, çılpaqdır. Çiçəkləri yaşılımtıl, sarı rənglidir. Çiçək saplaqlarında vəzicikli tükcükləri vardır. Çiçək qrupları 15-30 ədəd erkək çiçəklərdən və ya 1-5 ədəd dişi çiçəklərdən ibarətdir, sallaq olmayan salxımlar əmələ gətirir. Meyvələri dadına görə şirin, unlu, ölçüsü 6-8 mm olan çəhrayı giləmeyvədir. Maydan iyuna qədər çiçəkləyir. Meyvəsi iyul-avqust aylarında yetişir.

Ekologiyası Çayların sahillərində, işıqlı yerlərdə, meşə kənarlarında, çəmənlərdə, qarışıq meşələrdə bitir.

Azərbaycanda yayılması Zaqatala, Balakən rayonlarında rast gəlinir.

İstifadəsi Giləmeyvələri qida üçün yararlıdır. Dekorativ bitki kimi becərilir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Avropa florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları